“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya

Məlumat üçün bildiririk ki, Mərkəzi Bank 1 fevral tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verir.

Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edəcək.

Bu dövrdə AGBankın bütün növ ödəniş kartları (əmək haqqı daxil) ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında (internet xaric) minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir.

Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.

Məsələn fevral ayı ərzində 3, 5, 12, 150 manat məbləğində nağdsız əməliyyat etmisinizsə ümumi olaraq 3 şans qazanmış olacaqsınız.

Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına (cashback) daxil ediləcəkdir.

Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmişdir.

ALO, AGBANK...
Order a call
Like
us on
Our apps
ADIF E-Gov Portal i-Map
© 2019
Site by