Depozitlə təmin olunan kredit və kredit xətləri

  • Bankda olan depozitin təminatı
  • Müştəriyə uyğun tərtib olunan ödəniş cədvəli
  • Kredit üzrə Faktiki illik faiz dərəcəsi: depozitin faiz dərəcəsindən asılıdır

Depozitlə təmin olunan kreditlər AZN, ABŞ Dolları və Avro valyutada rəsmiləşdirilir. Depozit məbləğinin 50%-i ölçüsündə həmin valyutada kredit/kredit xətti məbləği təyin edilir. Eyni valyutada olmadığı halda, kredit/kredit xətti/plastik kart üzrə kredit xətti rəsmiləşdirilmir. Kredit və ya kredit xəttinin müddəti depozit müqaviləsinin bitmə tarixinədək rəsmiləşdirilir.

Depozitə əsasən kreditləşdirmə şərtləri:

MC Gold, MC Standard, MC Platinum, “MC Signia” plastik kartlarının olduğu halda fiziki şəxslərin ABŞ dolları/AZN/Avro ilə depozitlər üzrə 10.000 ABŞ dolları/AZN/Avro məbləğinədək (bu məbləğ daxil olmaqla) depozitlər üzrə əmanət məbləğinin 50%-i ölçüsünədək və 10.000 ABŞ dolları/AZN/Avro məbləğindən artıq depozitlər üzrə əmanət məbləğinin 50%-i ölçüsünədək kart hesabında kredit xətti açıla bilər.

Depozitlə təmin olunan kredit xətlərinin açılmasına və müddətinin uzadılmasına görə birdəfəlik komissiyanın tutulması qaydası aşağıdakı kimi müəyyən edilib: <=3 ay 0,13%; >3 <=6 ay 0,25%; >6 <=9 ay 0,38%; >9 <=12 ay 0,5%; >12 <=15 ay 0,63%; >15 <=18 ay 0,75%; >18 <=21 ay 0,88%; >21 ay 1,00%

Kredit faiz dərəcəsi mövcud olan depozitin illik faiz dərəcəsinə minimum 3 faiz əlavə edilərək, kreditin müddəti depozitin müddətinin bitmə tarixinədək müəyyənləşdirilir ( Məsələn: 10+3 = illik 13%lə ). Kredit xəttinin faiz dərəcəsi mövcud olan depozitin illik faiz dərəcəsinə minimum 5 faiz əlavə edilərək, kredit xəttinin müddəti depozitin müddətinin bitmə tarixinədək müəyyənləşdirilir ( Məsələn: 10+5= illik 15%lə). Depozitlə təmin olunan kredit və kredit xətləri üzrə komissiya tutulmur.

ALO, AGBANK...
Order a call
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et