İstehlakçılarının müraciətlərinin baxılmasına dair qaydalar

AGBank istehlakçılarının müraciətlərinin baxılmasına dair qaydalar

1. İstehlakçıların müraciət formaları:

1.1.Şifahi müraciət:

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədlə banka yaxınlaşaraq öz təklif və ya şikayətini şifahi qaydada İstehlakçılarla İş Şöbəsinin əməkdaşına bildirə bilər.

Eyni zamanda bankın zəng mərkəzinin (135) qısa nömrəsinə zəng edərək, istehlakçıların təklif və şikayət bölümünü seçərək, məsul şəxsə özünü təqdim edərək, təklif və ya şikayətini şifahi qaydada bildirə bilər.

1.2.Yazılı müraciət.

  • İstehlakçı yazılı müraciəti aşağıda qeyd edilən üsullarla banka təqdim edə bilər:
  • AGBank ASC - nin (AZ1022, Bakı şəh., C. Məmmədquluzadə küç. 102 A) poçt ünvanına.
  • Faks vasitəsilə ((+994) 12 498 96 15) faks nömrəsinə.
  • E-mail vasitəsi ilə (info@agbank.az) elektron poçt ünvanına.
  • www.agbank.az internet səhifəsində müraciətlər bölməsinə.

2. Müraciətçi barədə məlumatlar:

İstehlakçı müraciət edən zaman özü barədə aşağıdakı məlumatları təqdim etməlidir:

• Fiziki şəxslər üçün - müraciətçinin adı, soyadı, atasının adı; hüquqi şəxslər üçün - adı.

• Müraciətçinin əlaqə məlumatları (ünvan, telefon nömrəsi, e-poçt və s.).

3. Müraciətlərə baxılması müddətləri:

• İstehlakçıların müraciətləri 15 iş günü ərzində cavablandırılmalıdır.

• İstehlakçıların müraciətləri əlavə araşdırma tələb edirsə müraciətlərin cavablandırılması 30 iş gününədək uzadıla bilər. Bu zaman, istehlakçıya araşdırmanın gecikmə səbəbləri, atılacaq növbəti addımlar və cavabın hazır olacağı son tarix aydın şəkildə izah olunmalıdır.

• İstehlakçıların müraciətləri ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sorğuları 7 iş günü ərzində araşdırılmalı və Palataya cavab göndərilməlidir. Palata müraciətlərin daha qısa müddətdə cavablandınlmasını tələb edə bilər.

• İstehlakçılar müraciətləri ilə bağlı bankın cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsədilə banka təkrar müraciət etdikdə müraciət 10 iş günü ərzində məsul şəxs tərəfindən cavablandırılmalıdır.

• İstehlakçı təşkilatın cavabı ilə razılaşmadıqda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (AZ-1000, Azərbaycan Respublikası Bakı şəh., Bülbül prospekti, 27, Tel.: (+994 12) 493 50 58, Faks: (+994 12) 498 12 14

elektron poçt: info@fimsa.az, www.fimsa.az və məhkəmə orqanlarına müraciət edə bilər.

  1. 2016-cı ilin birinci rübü üzrə istehlakçı müraciətlərinin icmalı
  2. 2016-cı ilin birinci yarımili üzrə istehlakçı müraciətlərinin icmalı
  3. 2016-cı ilin doqquz ayı üzrə daxil olan istehlakçı şikayət və müraciətlərinin reyestr məlumatlarının icmalını
  4. 2016-cı il üzrə yekun icmal
  5. 2017-cı ilin birinci rübü üzrə daxil olan istehlakçı şikayət və müraciətlərinin reyestr məlumatlarının icmalı
  6. 2017-cı ilin ikinci rübü üzrə daxil olmuş istehlakçı şikayət və müraciətlərinin reyestr məlumatlarının icmalı
  7. 2017-cı ilin üçüncü rübü üzrə daxil olmuş istehlakçı şikayət və müraciətlərinin reyestr məlumatlarının icmalı
  8. 2017-ci ilin dördüncü rübü üzrə daxil olmuş istehlakçı şikayət və müraciətlərin reyestr məlumatlarının icmalı
  9. 2018-ci ilin birinci rübü üzrə daxil olmuş istehlakçı şikayət və müraciətlərin reyestr məlumatlarının icmalı
  10. 2018-ci ilin ikinci rübü üzrə daxil olmuş istehlakçı şikayət və müraciətlərin reyestr məlumatlarının icmalı
  11. 2018-ci ilin üçüncü rübü üzrə daxil olmuş istehlakçı şikayət və müraciətlərin reyestr məlumatlarının icmalı
  12. 2018-cı ilin dördüncü rübü üzrə istehlakçı müraciətlərinin icmalı
  13. 2019-ci ilin birinci yarımilliyi üzrə istehlakçı müraciətlərinin icmalı

ALO, AGBANK...
Order a call
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et