AGBankın kartları ilə “SHAKH" zərgərlik evində 40% endirim!

“SHAKH” zəgərlik evi XIX-cu əsrin sonlarında, daha dəqiq desək, 1896-cı ildə təsis edilmişdir. O gündən bu günə kimi zərgərlik sənətinə göstərilən peşəkarlıq, istedad, zəriflik və incəsənətə olan sevgi nəsildən nəsilə ötürülür. Məhz bunun sayəsində “SHAKH” zərgərlik sənətinin vəhəqiqətən işinin ustası olan mahir Azərbaycan sənətkarlarının ənənələrini qoruyub saxlamağa və bərpa etməyə nail olub. XIX-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindən başlayaraq şirkət Bakı və Gəncə şəhərlərində geniş fəaliyyət göstərirdi. Beləcə “SHAKH” özünü bütün müsbət tərəflərdən tanıtdı və nəfis hazırlanmış zərgərlik məmulatları ilə ustaları, kolleksiyaçıları, həvəskarları və sənətə qiymət verən hər kəsin etimadını qazandı. 1994-cü ildə şirkət öz fəaliyyətini yenidən bərpa etdi və pərəstişkarlarının əhatə dairəsini genişləndirmək məqsədi ilə Azərbaycanın sərhədlərini aşaraq, dünya biznes mərkəzi olan BƏƏ-də nümayəndəlik və eksklüziv məmulatların istehsalını açdı. SHAKH-ın yüksək ixtisaslı zərgərləri müştərilərinə müasir İtalyan avadanlığı və High-tech texnologiyası ilə hazırlanmış tamamilə mükəmməl məhsulları təklif edir 2005-ci ildə Azərbaycan bazarına geri dönən “SHAKH” zərgərlik evi ilk milli multibrendə çevrildi və Fransanın «Korloff», İtaliyanın «Marco Bicego», Ponte Vecchio Gioielli, «Casato», «Rosato», «Ninetto Terzano», Alessandro Fantani, eksküziv qələmlərin istehsalı üzrə «VISCONTI», eləcə də İsveçrənin saat brendləri Hysek və «Armand Nicolet» kimi dünya zərgərlik markalarının ən eksklüziv kolleksiyalarının rəsmi distribütoru oldu. «SHAKH» zərgərlik evi Sizə zərgərlik məmulatlarının valehedici gözəllik və dəbdəbə aləminə dalmağı təklif edir. Ənənəvi üzük, sırğa, kolye, bilərzik və broşlardan başqa maraqlı suvenir, bahalı saat, təmtaraqlı mətbəx gümüşü, antikvar məmulatlar AGBank kartı ilə ödəniş edən hər müştəriyə 40% endirimlə təklif edilir.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
Kompensasiya Kalkulyatoru ADIF E-Gov Portal i-Map
© 2019
Site by
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et