AGBankın kartları ilə “Ömür” klinikasında bütün xidmətlərə 50% endirim var!

“Ömür” klinikasının kabinetləri müasir və beynəlxalq standartlı tibbi xidmətə uyğunlaşdırılıb. Klinikanın Analitik-İnformasiya Texnologiyaları Mərkəzinin pasientlər arasında apardığı rəy sorğusunun nəticələrinə görə bir sıra sahəsindəki göstəriciləri dünyanın özəl səhiyyə ocaqları ilə rəqabətə girə biləcək səviyyədədir. “Ömür” klinikasının kollektivi daim axtarışdadır, həmişə yeniliyə can atır. Əsasən Respublikamızın hüdudlarından kənarda fəaliyyət göstərən ən prestijli səhiyyə ocaqlarında işləmiş və ya ixtisas kursları keçmiş tibb elmləri namizədi və doktorlarından ibarət 150 nəfərə yaxın personal müasir texnikanın ən son nailiyyətlərindən bəhrələnərək araşdırmalar aparır. Həmin araşdırmalar və mütəxəssis rəyləri hər həftə bu tibb ocağında keçirilən elmi-praktik-tədris konfranslarında müzakirə olunur, yeni-yeni elmi məqalələrin, monoqrafiyaların mövzusuna çevrilir. 2006-cı il aprelin 22-də İsveçrənin Sürix şəhərində keçirilən təqdimat mərasiminə dünyanın bir çox ölkələrindən nümayəndələr dəvət olunmuşdu. Tədbiri 1962-ci ildə qeydiyyata alınmış və dünyanın 70-dən çox ölkəsində nümayəndəlikləri olan beynəlxalq “ ACTUALİDAD” təşkilatı keçirirdi. Hər il sənaye, elm, tibb, mədəniyyət, turizm və kommersiya sahələrindəki qurumların fəalliyyətini araşdıran təşkilat onların içərisindən “keyfiyyət və prestij lideri” seçir. “ACTUALİDAD” 2006-cı ilin “keyfiyyət və prestij” liderlərindən tibb sahəsində bu beynəlxalq mükafat “Ömür” klinikasına nəsib oldu.

Klinika haqda daha ətraflı: omur-clinic.az

“Ömür” klinikasının xidmətlərindən istifadə etmək istəyən AGBank müştəriləri kartla ödəniş etdikdə 50% endirimlərdən yararlana biləcəklər.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
Kompensasiya Kalkulyatoru ADIF E-Gov Portal i-Map
© 2019
Site by
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et