AGBank-ın Baş ofisində İqtisad Universitetinin tələbələrinə təlim keçirilib.

AG Bank-da Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə bank fəaliyyəti ilə tanışlıq təlimi keçirilib. Bankın Baş ofisində olan bir qrup tələbə bank işinin icrası ilə yaxından tanış olmaq imkanı əldə edib.

Bu sahənin ümumi fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılan tələbələr bankda təhsil aldıqları ali məktəbin profilinə uyğun şəkildə maarifləndiriliblər.

Təlim zamanı tələbələr bankın ayrı-ayrı departamentlərinin fəaliyyət istiqamətləri və ümumi iş prinsipləri ilə tanış olub. AG Bank əməkdaşları təhsil prosesində öyrəndikləri nəzəri biliklərin praktiki həll şərtlərini onların diqqətinə çatdırıb. Bank sektorunun dövrün tələblərinə uyğun, yeni istiqamətləri tələbələrin nəzərinə çatdırılıb. Bundan başqa iştirakçı tələbələr bank işçiləri tərəfindən onları maraqlandıran suallara ətraflı cavab almaq imkanı da əldə ediblər.

AGBank- ın Elektron Kommersiya və Plastik Kartlar, Xəzinədarlıq , Maliyyə Menecmenti, Kreditin Təhlili Və Qiymətləndirilməsi, İnformasiya Texnologiyaları departamentlərinin müvafiq sahədə ixtisaslaşmış əməkdaşları tərəfindən bankın fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar və sonda “Bank fəaliyyəti ilə tanışlıq” təlimində iştiraka görə tələbələr sertifikatlar ilə təltif olunublar.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal infobank.az i-Map
© 2020
Site by