AGBank Azərbaycan xalqını Dövlət atributu olan pul vahidi manatın 26 illik münasibəti ilə təbrik edir!

Bu gün Azərbaycan Respublikasının milli valyutası – manatın dövriyyəyə buraxılmasından 26 il ötür. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil pul vahidləri 25, 50, 100 və 250 manatlıq əskinaslar olaraq 1919-cu ildə tədavülə buraxılmışdır. Müstəqil Azərbaycan Respublikasının manatı 1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb, ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq 1, 10 və 250 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. Daha sonra isə 5, 10, 20 və 50 qəpiklik və 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq əskinaslar istifadəyə verilib.

Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması ümummilli lider cənab Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət komissiyası tərəfindən hazırlanmış və 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə öz təsdiqini tapdı. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi - denominasiyası haqqında” Fərman imzalanıb. Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlandı və yeni pulların dizayn mövzusu kimi “Müstəqil Azərbaycan” müəyyən edildi. İdeyaların ifadə olunmasında modern qrafik üsulu əsas götürülüb və Azərbaycanın bütün sahələrdə müstəqilliyi, inkişafı və Avropaya inteqrasiyası əks olunub. Əvvəlki pul vahidlərinin üzərində tarixi şəxsiyyətlərin şəkli həkk olunmuşdusa, yeni pul vahidləri daha çox tarixi və memarlıq eləcə də incəsənət nümunələrimizi əks etdirən naxışlarla bəzədilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu. 2018-ci ilin may ayında Mərkəzi Bankın qərarına əsasən 200 ekvivalentində olan əskinas pul nişanlarına əlavə olundu.

Bu gün, 15 avqust 2018-ci il tarixində öz 26 yaşını qeyd edən manat dünya valyutaları arasında stabil valyuta kimi qərarlaşıb.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal i-Map
© 2018
Site by