"AGBank” ASC-nin yeni səhm emissiyasına abunə yazılışı başlayır.

Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 5,8 mln. manat məbləğində 2,9 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır. Yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 26 iyul 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında “Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti 2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.

Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 avqust 2018-ci il tarixində başlayır və 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.

Bankın səhmlərini almaq istəyən investorlar səhmlərin yerləşdirilməsi ilə əlaqədar bütün informasiyanı “İnformasiya memorandumu”ndan əldə edə bilər. “İnformasiya memorandumu” ilə investorlar “AG Bankın” ASC-nin rəsmi internet səhifəsi www.agbank.az, Bakı Fond Birjasının rəsmi internet səhifəsi www.bfb.az və “Unicapital İŞ” ASC-nin rəsmi internet səhifəsi www.unicapital.az səhifələrindən tanış ola bilər.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
Kompensasiya Kalkulyatoru ADIF E-Gov Portal i-Map
© 2019
Site by
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et