il sizinlə

AGBank "Maliyyə Savadlılığı" layihəsi çərçivəsində təlim həyata keçirdi.

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) 2015-ci ildən başlayaraq tərəfdaş qurumların da dəstəyi ilə birgə "Maliyyə Savadlılığı" layihəsi çərçivəsində "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı silsilə təlimlər həyata keçirir. Təlimin keçirilməsində məqsəd maliyyə savadlılığının gənclər arasında ictimai dəyər kimi tanınmasını təmin etmək, tələbələri bank-maliyyə sektorunun işi ilə yaxından tanış etmək, onlara karyera quruculuğu işində köməklik göstərmək və bank-maliyyə qurumlarının təcrübə proqramlarına dəstək olmaqdır. Təlim AR Mərkəzi Bankının təşəbbüsü və bank-maliyyə qurumlarının birgə iştirakı ilə ali təhsil müəssisələrinin III və IV kursunda təhsil alan tələbələr üçün həyata keçirilir.

Qeyd edək ki, oktyabr ayının 10-da təlim AGBank-da keçirilmişdir. Təlim dəfələrlə xarici ölkələrdən dəvət olunmuş mütəxəssislərin verdiyi təlimlərin iştirakçısı Birbaşa satışlar şöbəsinin müdiri Məmmədhüseyn Dadaşov tərəfindən keçirilmişdir. Təlimin mövzusu Türkiyənin ən böyük şirkətlərinə konsultasiya dəstəyi verən “Ekser Consulting” şirkətinin təlim bazası əsasında hazırlanmış Korporativ Satış və Ünsiyyət bacarıqları oldu. Əsasən ilkin ünsiyyətin düzgün qurulması, satış prosesinin mərhələləri ətraflı şəkildə görsəl vasitələr ilə təlim iştirakçılarına çatdırıldı. Qarşılıqlı fikir alış-verişlərinin aparılması təlimin daha maraqlı keçməsini təmin etdi.

“AGBank” hər zaman gənclərin intelektual inkişafına töhfələrini verir və peşəkar təlimçi bazasının uzun illərə dayanan təcrübəsini gənclərin peşəkar kimi formalaşmasi üçün yararlanmasına şərait yaradır.

AGBank. Zəngin olmaq- haqqınızdır.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by