AGBank-dan daha bir yenilik!

Yeni proqram təminatı nəticəsində AGBank bankomatları indi daha təhlükəsiz və etibarlıdır.

Ölkənin nüfuzlu banklarından olan AGBank müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyə davam edir. Bank bu dəfə bankomatların proqram təminatında təkmilləşdirmə işləri aparıb. Həm AGBank-ın partnyorı olan və həm də Diebold Nixdorf tərəfindən avtorizə olunan BS2 şirkətinin, Azərbaycanda ilk dəfə olaraq, istifadəçilərin ehtiyaclarını nəzərə almaq şərti ilə təqdim etdiyi yeni proqram təminatı nəticəsində AGBank bankomatları indi daha təhlükəsiz və etibarlıdır. Qeyd edək ki, bankomatların sayına görə AGBank Azərbaycanda fəaliyyət göstərən banklar arasında hər zaman ilk sıralarda qərarlaşıb. Hal-hazırda bank Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Yevlax, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla xidmətinizdədir.

Məlumat üçün bildiririk ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun çıxarılması, hesab üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin və kommunal xidmətlərin ödənilməsi, karta pul vəsaitlərini mədaxil olunması (cash in) , bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card), kartı olmayan şəxslərə pul göndərilməsi və onlardan pul alınması (Cash by code) imkanlarını verən əməliyyatları aparmaq mümkündür.

AGBank. Zəngin olmaq- haqqınızdır!

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2018
Site by