il sizinlə

"AGBank” ASC ölkəmizi daha bir beynəlxalq tədbirdə təmsil edib

"AGBank” ASC ölkəmizi daha bir beynəlxalq tədbirdə təmsil edib. Belə ki, 26-27 oktyabr 2017-ci il tarixlərində Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Şərq tərəfdaşlığı ölkələrinin “Rəqəmsal iqtisadiyyat – sərhədsiz şəffaf biznes üçün innovative platforma” mövzusunda keçirilən biznes forumda AGBank-ın Xəzinadarlıq Departamentinin direktoru İsi Mustafayev iştirak edib.

Forumun məqsədi Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, biznes mühitində yeni texnologiyaların tətbiqi, rəqəmsal cəmiyyət və innovasiyalar olub.

Forumda Avropa İttifaqından, Şərq tərəfdaşlığı ölkələri eləcə də Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynadan 500-dən artıq biznes nümayəndləri, hökümət xadimləri və siyasətçilər iştirak edib.

Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by