World Signia Concierge

“World Signia Concierge –“Signia Xidmətçisi” servisi
Reysin seçilməsi və aviabiletin sifariş edilməsi, maşın kirayəsi, ən yaxşı restoranda yemək masasının ayrılması, tamaşa və ya operaya biletlərin alınması, sizə lazım olan əşyanın harada satılması ilə bağlı məlumatın təmin edilməsi, dünyanın istənilən yerində idman, əyləncəli, xüsusi əhəmiyyətli tədbirlərə- Grammy mərasimindən tutmuş, Elton Conla şam yeməyinə qədər olan tədbirlərin hamısına biletlərin alınmasını sizin üçün AGBank Xidmətçisi həyata keçirir. Bu Xidmətçi, xarici ölkədə başınıza hər hansı xoşagəlməz hadisə gəlsə- pasportunuz, yaxud kredit kartınız itsə belə, sizə kömək etməyə hazırdır. Xidmətçi bütün formal işləri yoluna qoymaqla, tez bir zamanda sizin üçün kartınızın dublikatını çıxarar və nəğd pulla təmin edər, eləcə də bu vaxta qədər sizin üçün lazımi alış-verişi təmin edib, digər xərclərinizin ödənilməsini həyata keçirər.
İstənilən arzunu diləyin və sizin hər bir istəyiniz, qeyri-adi tapşırıqlarınız və bir-birindən qəribə xahişləriniz Signia AGBank və AGBank Xidmətçi kartlarının köməyilə dərhal həyata keçəcəkdir.
Məsələn,

Ən çox arzulanan İsveç saatı
Signia kartının sahibi Sürixə səyahət etmiş və oradakı mağazalardan birində bir saat bəyənərək onu almaq istəmişdi. Ancaq axşam vaxtı olduğundan, mağaza bağlı olmuş və o saatı ala bilməmişdi, səhər isə o, təyyarəyə minib getməli idi. Xidmətçi servisinə zəng edərək, həmin saatın modelini qısa şəkildə təsvir etmək kifayət etmişdi, müştəri evə qayıdanda, onu artıq həmin mağazada seçib bəyəndiyi saatın olduğu bağlama gözləyirdi.

İş adamının xanımı üçün moda məsləhətçisi
Bir iş adamı biznesi ilə əlaqədar bir neçə günlüyünə Berlinə gəlmişdi. Onunla birgə səyahət edən xanımı da, gəzinti fürsətindən istifadə edib, öz geyim qarderobunu yeniləmək istəyirdi. İş adamı səhər-axşam işləri ilə məşğul olduğundan, xanımı mağazaları gəzərkən onu müşayiət edə bilmirdi, xanım isə Berlini elə də yaxşı tanımırdı; iş adamı Xidmətçi servisinə müraciət etdi.
Servis onu nəinki ən yaxşı mağazaların ünvanı ilə tanış etdi, həm də xanımı üçün xüsusi dəb məsləhətçisi ayırdı, həmin məsləhətçi xanımla mağazaları dolaşaraq, ona öz faydalı məsləhətlərini verdi və yeni mövsümdə əla qarderob seçməkdə yardım etdi.

Luvr muzeyinə növbə gözləmədən səyahət imkanı
Signia kartının sahibi Parisə gəldi və Luvra yollandı. Lakin dünyanın ən yaxşı muzeylərindən sayılan Luvrda növbə xeyli uzun idi. Vaxtını hədər yerə itirməmək üçün, müştəri Xidmətçi servisinə müraciət etdi, servisdən isə əməkdaş yolladılar və o, müştərini yorucu növbə gözləmək əziyyətindən xilas etdi.
Bir müddət sonra, Parisin gözəl təbiətli bulvarında gəzişən kart sahibinə zəng edildi ki, onun növbəsi yaxınlaşır, və həmin müştəri muzeyə- dünya incəsənətinin şah əsərləri ilə tanış olmağa yollandı.

Sevimli xanım üçün sürpriz
Uğurlu iş adamı, doğum günündə xanımını hansı orijinal hədiyyə ilə sevindirməklə bağlı uzun müddət baş sındırırdı. Heç nə fikirləşə bilmədi və nəticədə ümidsiz halda Xidmətçi servisinə zəng edərək kömək üçün müraciət etdi. Xidmətçi servisində xahişin qeyri-adi olmasına baxmayaraq, özlərini itirmədilər, xanımının zövqü və nəyi xoşlayıb-xoşlamadığı haqda ümumi təəssürat əldə etmək üçün, müştəridən anket doldurmasını xahiş etdilər. Daha sonra Xidmətçi servisinin əməkdaşları bir neçə hədiyyə növü seçdilər və seçim üçün müştəriyə təqdim etdilər. Xanım hədiyyəni alanda fərəhi yerə-göyə sığmırdı! Həm də, belə məlum oldu ki, hədiyyənin xoşagələn olması üçün, onun mütləq çox baha olması o qədər də vacib deyil.

Tapılmayan biletlər
Signia kartının sahibi təsadüfən Londonda idi, həmin günlərdə isə orada isə məşhur “ London Moda Həftəsi” dəb nümayişi keçirilirdi. Səyahət əvvəlcədən planlaşdırılmadığından, moda həftəsi mərasiminə biletlər sifariş olunmamışdı, lakin Britaniya paytaxtına gəlmişkən, o, nə olursa olsun bu moda nümayişində iştirak etməyi qərara aldı.
Tərs kimi, biletlərin hamısı artıq çoxdan satılmışdı. O zaman müştəri bəxtini sınamaq qərarına gəldi və Xidmətçi servisinə müraciət etdi. Xidmətçi servisinin əməkdaşları həmin müştəri üçün moda nümayişinə bilet tapa bildilər.

Bred Pittin gödəkçəsi
Bred Pittin çəkildiyi yeni filmə baxan Signia kartının sahibi, bu Hollivud məşhurunun geydiyi gödəkçədən almaq fikrinə düşdü. İstəyinə nail olacağına o qədər də inanmayan müştəri, əslində maraq üçün Xidmətçi servisinə zəng etdi. Müştəri təəccüb içində qaldı, bu xidmətin əməkdaşları iş başına keçdilər, Hollivuddakı həmkarları ilə əlaqə saxlayaraq, bu gödəkçə haqqında hər şeyi öyrəndilər və ən qısa vaxtda kartın sahibi üçün onun arzuladığı həmin gödəkçədən tapdılar.

Şanxay labirintlərində
MasterCard World Signia kartının sahibi Şanxayda itmişdi. Otelə təkcə gedib çıxa bilməyəcəyini anlayan müştəri Xidmətçi servisinə zəng vurdu. Orada dərhal çin dilinin mandarin dialektini bilən birini tapdılar, həmin şəxs yerli sakindən xahiş etdi ki, turisti qaldığı mehmanxanaya qədər ötürsün.

Gömrük və nəğd pul
Signia kartının sahibi Türkiyəyə gedərkən, onu gömrük əməkdaşları saxladılar, çünki o, ölkəyə gətirdiyi nəğd pulu gömrük bəyannaməsində qeyd etməmişdi. Xidmətçi servisinin əməkdaşları müştərini bu vəziyyətdən çıxardılar, belə ki, onlar yerli səfirliklə əlaqə saxlayaraq, müştəri üçün vəkil tutdular. Turist qısa vaxt ərzində yenə öz səyahətinə rahat şəkildə davam etdi.

Qahirədə yol nəqliyyat hadisəsi
Signia kartının sahibi kirayə götürdüyü avtomobili idarə edərkən, Qahirədə yol nəqliyyat qəzasına düşdü. Hadisə xarici ölkədə baş verdiyindən, o belə bir vəziyyətdə necə davranmaq lazım olduğunu heç bilmirdi. Köməyə Xidmətçi servisi gəldi, onlar müştəriyə yüksək hüquqi konsultasiya xidməti göstərməklə yanaşı, yol-patrul xidmətini necə çağırmaq və qəzanı necə qeydə almaq barədə məlumatlandırdılar, həm də sığorta şirkətindən dəymiş zərərə görə təzminatın necə alınacağını izah etdilər.

Poçtla nəğd pulun göndərilməsi
Səyahət edərkən Signia kartı sahibinin, içində bütün kredit kartları və nəğd pulu olan portmanetini oğurlamışdılar. Vəziyyəti daha da ağırlaşdıran o idi ki, portmanetinin oğurlandığını müştəri yalnız mehmanxanadan çıxarkən, qeydiyyat şöbəsinin qarşısında ödəniş etməyə hazırlaşdığı zaman aşkar etmişdi. Çətinliklə üzləşdiyindən, o Xidmətçi servisinə zəng etdi, əməkdaşlar dərhal bu problemi həll etdilər və ödəniləcək məbləği otelə ödəyəcəklərini bildirdilər. İki saat sonra isə müştəri özü üçün ən yaxın poçt şöbəsində nəğd pul əldə edə bildi. Ona görə də Xidmətçi servisinin əlaqə telefonunu və kredit kartınızın nömrəsini yazıb, kartdan ayrı bir yerdə saxlamağı unutmayın.

Fərdi dəniz səyahəti
Signia kartının sahibi Xidmətçi servisinə belə bir xahişlə müraciət etmişdi ki, onun üçün Aralıq dənizinə yaxtada fərdi səyahət təşkil edilsin. Xidmətçi servisi kapitanı olan yaxta tapmalı, yaxtanın səyahət edəcəyi adaları seçməli, həmçinin hava şərtlərini nəzərə almaqla, yaxtanın dənizdə olacağı günlərdə hərəkət sürətini hesablamalı idi. Dəniz səyahəti uğurlu alındı və müştəri seçimindən razı qaldı!

Udulan mərc
Bir centlemen Signia kartının sahibi ilə mərcə girmişdi ki, Xidmətçi servisi onun Monako limanında dayanan yaxtasına bonqo barabanları komplektini çatdıra bilməyəcək. Kartın sahibi mərci uddu- 45 dəqiqə sonra barabanlar artıq yaxtanın göyərtəsində idi!

Kolleksiya üçün nadir şərablar
Böyük şərab həvəskarı olan Signia kartının sahiblərindən biri, müntəzəm olaraaq Xidmətçi servisinə zəng edərək, ən yaxşı şərab biliciləri olan somelyelərin məsləhətlərindən faydalanırdı. Onların köməyilə, o, özü üçün əla bir kolleksiya yaratdı və öz şərab “xəzinəsini” həqiqətən də nadir nümunələrlə zənginləşdirməyə nail ola bildi.
Fillərin çatdırılması
Londonda toy mərasiminin hind adətlərinə görə təşkil edilməsi üçün, Signia kart sahibi canlı fil tapmalı idi. Xidmətçi servisi nəinki Britaniya paytaxtında bəy və gəlinin toy “maşınını” əvəz edən filin tapılmasına nail oldu, həm də mərasimi davam etdirmək üçün şəhərin mərkəzində toy əhlinin hamılıqla nümayişkəranə şəkildə keçib gedə bilməsi üçün bütün inzibati məsələləri öz üzərinə götürdü.

İstənilən arzunuzun həyata keçməsini istəyirsinizsə, kartınızın yuxarı sol küncündə qeyd olunmuş +44 (0)1733 862 857 saylı əlaqə telefonuna zəng edin və rusdilli, fərdi AGBank Xidmətçi servisi sizə bu işdə məmnuniyyətlə kömək edəcəkdir.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
Kompensasiya Kalkulyatoru ADIF E-Gov Portal i-Map
© 2019
Site by
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et