Ümümi qeydlər

  • Avro və GBP ilə komissiyalar yalnız MasterCard Standard (Euro), Visa Classic (Euro), MasterCard Standard (GBP) kartlar üzrə təyin edilir
  • XKH (Xüsusi Kart Hesabı) -nı Azərbaycan manatında saxlayanlar üçün yuxarıda göstərilən tariflər manatla AR Mərkəzi Bankın məzənnəsi ilə sifarişin tərtib olunan günü hesablanır.
  • 10.11.2017-ci il tarixindən etibarən plastik kartlar üzrə konvertasiya:
  • 1. Ölkə daxilində AZN kartları ilə xarici valyutanın alınmas (Card to card, card to account, cash in): Bankın satış məzənnəsi;
    2. Ölkə daxilində USD/EUR/GBP kartları ilə AZN alınması: Bankın alış məzənnəsi;
    3. Ölkə daxilində və xaricində xarici valyutalar arasında mübadilə: Ödəniş sistemlərinin məzənnəsi +0.5%.
  • 4. Milli valyutada (AZN) açılmış kartlar vasitəsi ilə ölkədən kənar keçirilən bütün nağd əməliyyatları: Bankın satış məzənnəsi. Retail əməliyyatlar: Bankın satış məzənnəsi;
  • «Təcili» nişanlı kartların hazırlanması üçün əlavə 10 AZN məbləğində xidmət haqqı tutulmalıdır.
  • Kredit xətti kredit kartının qüvvədə olduğu müddətinədək bağlanılır.
  • Bank tərəfindən plastik kartları üzrə kredit xəttinin açılmasına və müddətinin uzadılmasına görə 1 $, 1 €, 1 £ və ya 1 AZN və MC Platinum kartı üzrə 50 AZN/ $ məbləğindən az olmamaq şərti ilə kredit xəttinin ümumi məbləğindən 1% ölçüsündə komissiya tutulur.
  • MC World Signia kartı üzrə kredit xəttinin açılmasına və müddətinin uzadılmasına görə 1% ölçüsündə komissiya tutulmur.
  • Plastik kartlar üzrə 1 (bir) il və artıq müddətə depozitlə təmin olunan kredit xətlərinin açılmasına və müddətinin uzadılmasına görə açılan kredit xəttinin 0,5%-i həcmində (müqavilənin müddətindən asılı olaraq) birdəfəlik komissiya tutulur. (28.01.15)
  • Texniki kredit xəttlərinin açılmasına və müddətinin uzadılmasına görə (10 (on) gündən artıq olmayan kredit xəttləri üzrə) komissiya tutulmur.
  • Əmanətçi depoziti müqavilədə təyin edilmiş müddətdən əvvəl çıxararsa, Əmanətçiyə Bank tərəfindən pulsuz təqdim edilmiş plastik kartın tam dəyəri əmanətin vaxtından əvvəl çıxarıldığı ğünə bankda qüvvədə olan tariflərə uyğun tutulur (AG Club endirim kartı istisna olmaqla).
  • 100.000 AZN-dən 500.000 AZN-dək və bu məbləğin ekvivalentində digər valyuta ilə depozitlər vaxtından əvvəl çıxarıldığı zaman AG Club Premium komplekti üzrə vəsait tutulmur.
  • Maestro Business Prepaid kartına qoyulan vəsaitin maksimum limiti (balans): 1.000 ABŞ dolları və ya 1.000 AZN-dir.
  • Visa Gift kartının hesabına qoyulan vəsaitin maksimum limiti (balans): 1.000 ABŞ dolları və ya 1.000AZNdir.
  • Visa Gift kartı üzrə karta mədaxil edildikdə, həmin vəsaitdən 1%i məbləğində 1$ və ya 1 AZN məbləğindən az olmamaq şərti ilə komissiya tutulur.
  • Plastik kartların blokdan azad edilməsi üzrə (PİN kodun düzgün daxil edilmədiyi və itirmiş kartların tapıldığı hallarda) 2 $, 2 € və ya 2 AZN məbləğində komissiya tutulur.
  • Əmanətin məbləğinin 50%-i ölçüsündə kredit/kredit xətti/plastik kart üzrə kredit xəttinin limiti təyin edilə bilər.
  • 10.000 AZN və artıq məbləğdə və bu məbləğin ekvivalentində digər valyuta ilə kart hesabına əsasən (son 6 ay) ortaaylıq dövriyyə üzrə MasterCard World Signia kartına əsasən 5.000 AZN məbləğində və ya bu məbləğin ABŞ dolları ekvivalentində kredit xəttinin limiti açıla bilər.
  • 10.000 AZN və artıq məbləğdə və bu məbləğin ekvivalentində digər valyuta ilə kart hesabına əsasən (son 6 ay) ortaaylıq dövriyyə üzrə AG Club Premium komplektinin qiyməti 50% endirim ilə rəsmiləşdirilə bilər.
  • Plastik kartların pulsuz rəsmiləşdirilməsi depozit məbləğinə əsasən müəyyənləşdirilə bilər. 100.000 AZN-dən 500.000 AZN-dək (bu məbləğ daxil edilmir) və bu məbləğin ekvivalentində digər valyuta ilə depozitlər üzrə AG Club Premium 50% endirimlə rəsmiləşdirilir.
  • Son 12 ay müddətində müştərinin kart üzrə xarici pərakəndə dövriyyəsinin 50.000 AZN və artıq məbləğdə olduğu halda hədiyyə olaraq 1 il müddətinə AG Club Premium/ Euro komplekti və ya MasterCard World Signia/ Euro kartı rəsmiləşdirilir. Müştərilərin növbəti 12 ay (01 Noyabr 2012-ci il tarixindən etibarən) ərzində karta əsasən xarici pərakəndə dövriyyyəsinin 50.000 AZN-dən az olmadığı halda, AG Club Premium/ Euro komplekti və ya MasterCard World Signia/ Euro kartının müddəti pulsuz uzadılır.
  • Hesabdan hesaba pul köçürən müştərilərə (kredit istisna olmaq şərti ilə) bir il ərzində dövriyyələri 10.000 (on min) AZN-dən 50.000 (əlli min) AZN-dək (və bu məbləğin digər valyutada olan ekvivalenti) olan köçürmələr üzrə - pulsuz AGClub Standard komplekti, bir il ərzində dövriyyələri 50.000 (əlli min) AZN-dən artıq (və bu məbləğin digər valyutada olan ekvivalenti) olan köçürmələr üzrə - pulsuz AGClub Gold komplekti verilir.
  • VİSA Classic “Boomerang” Manat kartından AGBankın POS-terminal şəbəkəsində (ticarət və ya xidmət obyekti) və ya Azərbaycandan kənarda hər-hansı POS-terminal şəbəkəsində istifadə edildikdə müştəriyə məbləğin 0.5% geri qaytarılır.
  • Əsas kartın və ya əlavə kartın müddətinin iki ay ərzində müştəri tərəfindən uzadılmadığı halda kart hesabı bağlanıla bilər : Kart hesablarında qalığın 5 manat/ABŞ dolları/Avroyadək təşkil etdiyi halda hesabın qalığı komissiya tutulur; Kart hesablarında qalığın 5 manat/ABŞ dolları/Avrodan artıq təşkil etdiyi halda 5 manat/ABŞ dolları/Avro məbləğində komissiya tutulur.
  • Plastik kartlar üzrə dələduzluq faktı aşkar olunduğu təqdirdə və ödəniş sistemi tərəfindən bu haqda məlumatın daxil olduğu halda, müştərilər məlumatlandırılaraq, bank tərəfindən bloklaşdırılmış plastik kartlar pulsuz yenisi ilə əvəz edilsin və müddəti bloklaşdırılmış kartın bitmə tarixinə (qalan müddət ərzində 3 aydan az olmamaq şərti ilə) uyğunlaşdırılır Bloklaşdırılmış kartın yeni müddətlə yenisi ilə əvəz edilməsi halında bankın tariflərinə uyğun komissiya tutulmalıdır.
  • Bankın komplektlər tərkibinə sığorta şirkətinin sığorta kartları daxil edilmir. Müştəri tərəfindən sığorta kartlarının istənildiyi halda, ayrı-ayrılıqda təyin edilmiş tariflərə əsasən sığorta kartları ayrıca sifariş edilə bilər.
  • Həyat Yaşam Sığortası layihəsinə qoşulmuş şirkətlərin əməkdaşlarına kredit xəttinin açılması üçün MC Standard Salary (1) plastik kartı 3 il müddətinə 15 AZN. (Bankın əməkdaşlarına pulsuz).


Əlavə xidmətlər

  • İnternet Bankinq sistemi vasitəsilə fiziki şəxslər, hüqüqi şəxslər və sahibkarliqla məşğul olan fiziki şəxslər tərəfindən dünyanın istənilən yerindən hesabların «online» idarə edilməsinə imkan yaradılır. İnternet Bankinq sisteminin funksiyaları: Multi-İstifadəçi iş rejimi; Əməliyyat növləri və hesablarla bağlı fəaliyyət göstərən istifadəçilərin hüquqlarının müəyyənləşdirilməsi; Müştərinin mühasibatlıq proqramı və İnternet Banking sistemi arasında məlumatların eksportu və importu; İstifadəçinin hesabları üzrə tam təhlükəsizdiyi üçün əlavə e-token avadanlığı. İnternet Bankinq sistemi vasitəsi ilə aparılan əməliyyatlar: Əlavə bank hesabatları; Milli və xarici valyutada ödənişlər; kart sifarişi; Depozit müqavilələrin rəsmiləşdirilməsi; Konvertasiya əməliyyatları; Kommunal xərclərin, mobil operatorların, internet provayderlərin xərclərinin ödənilməsi, «Card to Card» və sair əməliyyatlar.

    Hüquqi şəxslər üçün İnternet Bankinq sistemi üzrə illik ödəniş haqqı 60 AZN

    Fiziki şəxslər üçün İnternet Bankinq sistemi üzrə illik ödəniş haqqı – 0 AZN

    Sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün İnternet Bankinq sistemi üzrə illik ödəniş haqqı – 0 AZN

    Sistemə təhlükəsiz girişi təmin edən qurğuların (Token-lərin) tarifləri:

    Şifrələnmənin mobil/elektron versiyasının (Mobil qurğu) aktivləşdirilməsi - 8 AZN

    GO 6 üçün ödəniş haqqı - 8 AZN

    DigiPass 250 üçün ödəniş haqqı - 15 AZN

    DigiPass 275 üçün ödəniş haqqı - 20 AZN

  • DigiPass 260 üçün ödəniş haqqı - 20 AZN

• "MobilBank " xidmətinin köməyi ilə kommunal ödənişlər, mobil operatorlar, internet provayder və digər nağdsız ödənişlər həyata keçirilir . Xidmət pulsuzdur.
SMS Notifications” xidmətinin köməyi ilə (bütün mobil operatorların vasitəsilə) icra olunmuş tranzaksiyalar haqqında SMS-lə məlumatın alınmasına imkan verilir. “SMS Notifications” xidməti üzrə hər bir kart üçün aylıq abunə haqqı 1 AZN + ƏDV; abunə haqqı hər bir kartdan ayda bir dəfə avtomatik olaraq tutulur; daxil olan SMS-lərdən heç bir haqq tutulmur; daxil olan SMS-lərin sayı məhdud deyil; daxil olan SMS-lər həm uğurlu, həm də uğursuz əməlliyatları əhatə edir. Hər bir kart növü (Azericard tərəfindən tətbiq edilən komissiya tutularaq) xidmətlərə qoşula bilər. Bank tərəfindən Azericard üçün nəzərdə tutulmuş komissiyalardan başqa digər komissiya tutulmur.

Seyf özəyinin icarəyə verilməsi üzrə tariflər:

A kateqoriyalı seyflər (7.2*26*39) aylıq 15 AZN
B kateqoriyalı seyflər (14.4*26*39) aylıq 20 AZN
C kateqoriyalı seyflər (22*26*39) aylıq 25 AZN
D kateqoriyalı seyflər (29.4*26*39) aylıq 90 AZN
E kateqoriyalı seyflər (44.2*26*39) aylıq 200 AZN

Açarın itirilməsi və ya zədələnməsinə görə cərimə 150 AZN.

  • “Card to Card” sistemi ilə bir plastik kartdan digər plastik karta bankomat və internet-bankinq vasitəsilə vəsaitin köçürülməsi üzrə hər növ köçürmə üçün komisyon haqqı aşağıdakılardır:

Öz vəsaiti hesabına Card to Card əməliyyatı

Ödəyən kartın növü Xidmət haqqı Alan kartın növü Xidmət haqqı
Bütün kartlar 0,2% (min 0,40 AZN/$/€/0,30£) Adi kartlar 0%
Bütün kartlar 0,2% (min 0,40 AZN/$/€/0,30£) Əmək haqqı kartları 0,8% (min 0,40 AZN/$/€/0,30£)

Kredit limiti hesabına Card to Card əməliyyatı

Ödəyən kartın növü Xidmət haqqı Alan kartın növü Xidmət haqqı
Bütün kartlar 2% (min 1 AZN/$/€/1£) Adi kartlar 0%
Bütün kartlar 2% (min 1 AZN/$/€/1£) Əmək haqqı kartları 0,8% (min 0,40 AZN/$/€/0,30£)

  • «Pin Change» xidməti müştərilərə Azericard Prossesinq Mərkəzinə aid olan və bu xidmətə qoşulan hər bir bankomat vasitəsilə, öz mövcud kartlarının “Pin Code”larını daxil edərək, müstəqil olaraq yenisi ilə əvəz etməyə imkan yaradır. «Pin Change» xidməti üzrə tarif 2 (iki) manat təşkil edir.
  • Cash by code” xidməti Azericard prosessinq sisteminin bankomatları vasitəsilə kart sahiblərinə istənilən kart hesablarından plastik kartı olmayan şəxslərə nağd vəsaitin göndərilməsinə imkan yaradılır. “Cash by code” xidməti üzrə birdəfəlik göndərilən məbləğ üzrə maksimal limit 500 AZN (bu məbləğin digər valyuta ilə ekvivalenti) təşkil edir. Nağd vəsaiti göndərilən kart hesabından xidmətə görə 0,3% və ya minimun 0,5 AZN (bu məbləğin digər valyuta ilə ekvivalenti) məbləğində komissiya tutulur.
  • Visa Personal Payments” (“Visa Kart Köçürmələri”) və «Master Money Send» xidməti vasiəsi ilə AGBankın Visa və MasterCard plastik kartlarından MDB ölkələrinin banklarına (Baltikyanı ölkələr və Ermənistan istisna olmaqla) Visa və MasterCard plastik kartlarına AGBankın bankomatları vasitəsilə ölkədaxilində və ölkəxaricində vəsaitin köçürülməsinə imkan yaradılır. Gələcəkdə ölkələrin siyahısı dəyişə bilər.

“Visa Personal Payments” (“Visa Kart Köçürmələri”) və «Master Money Send» xidmətinin tarifləri

İstiqamət Bütün kartlar Gündəlik limit
Ölkə daxilində 0.8% (min.1AZN) (ekvivalent) 2.000 AZN (ekvivalent)
Ölkə daxilində 1.5% (min 3 AZN /$/€, 2£) 1.000 USD (ekvivalent)

• 18.09.2017-ci il tarixindən Azericard prossesinq mərkəzinə aid edilən digər bankların kartları üzrə CASH-IN xidmətinə görə 1% (minimum 1 AZN; minimum 1 USD; minimum 1 AVRO), AGBank kartları üzrə üzrə Cash-in xidmətinə görə 0% komissiya tətbiq edilir.
Qeyd:

  • Bank müştərilərə məlumat vermədən tariflərin üzərində dəyişiklik edə bilər.
  • Tariflərdə qeyd olunmayan əməliyyatlar üzrə bank fərdi qaydada komissiyaların təyin edilməsi hüququna malikdir.
  • Plastik karta qoyulan vəsaitin maksimum limiti (balans):
  • Visa Electron Gift 1.000 (bir min iki yüz) ABŞ dolları və ya 1.000 (bir min) AZN.
  • Maestro Business Prepaid 1.000 (bir min beş yüz) ABŞ dolları və ya 1.000 (bir min) AZN.


Müştərilərin rahatligını ve hesablarındakı vəsaitin qorunması məqsədilə, ATM və POS daxil olmaqla, Bankın bütün çip plastik kartları üzrə bəzi xarici ölkələrdə əməliyyatların həyata keçirilməsi zamanı maqnit zolağdan istifadə olunmasına (01.11.2017-ci il tarixindən etibarən) gündəlik 100USD və 5 əməliyyat olmaqla məhdudiyyət qoyulur. Səyahətdən əvvəl müştəri Banka müraciət edib, səfər zamanı isə Bankın 135 nömrəsinə və Azericard prosessinq xidmətinin 194 nömrəsinə zeng edib Kod sözünə əsasən gündəlik limitini 3 gün müddətinə 5.000USD və 3 əməliyyat olmaqla artıra bilər. 3 gün bitdikdən sonra gündəlik istifadə olunan limit əvvəlki qaydada azaldılır. Limitli ölkələrin siyahısı www.agbank.az saytında yerləşdirilir.


ATM ilə nağd vəsaitin alınması üzrə limitlər :

Kartların növü

Gün ərzində tranzaksiyanın sayı

Gün ərzində çıxarılan məbləğ

MasterCard World Signia/Visa Infinite

15

3150$

3150AZN

MasterCard World Signia Euro

15

3150€

4000AZN

MasterCard Platinum/ Visa Platinum

15

3150$

3150AZN

MasterCard Business

15

3150$/€

3150AZN

MasterCard Gold

15

3150$

3150AZN

MasterCard Standard

15

3150$

3150AZN

MasterCard Standard Euro / Visa Classic (Euro)

17

3150€

4000AZN

MasterCard Standard GBP

17

3150 GBP

4000AZN

Maestro

5

550$

550 AZN

Maestro Business Prepaid

5

550$

550 AZN

Maestro (Əmək haqqı)

7

1550$

1550AZN

Maestro (STİ med)

5

550$

550 AZN

Maestro (Müəllim)

5

550$

550 AZN

Maestro (Tələbə)

5

550$

550 AZN

Visa Business

15

3150$

3150AZN

Visa Gold

15

3150$

3150AZN

Visa Classic

15

3150$

3150AZN

Visa Classic « Boomerang»

15

3150$

3150AZN

Visa Electron

5

550$

550 AZN

Visa Electron (Əmək haqqı)

7

1550$

1550 AZN

Visa Electron Gift

10

1000$

1000 AZN

Qeyd:

  • Bank müştərilərə məlumat vermədən tariflərin üzərində dəyişiklik edə bilər.
  • Tariflərdə qeyd olunmayan əməliyyatlar üzrə bank fərdi qaydada komissiyaların təyin edilməsi hüququna malikdir.
ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal i-Map
© 2018
Site by