Plastik kartlardan üçüncü tərəflərin icazəsiz istifadənin qarşısı alınması üçün kart sahiblərinə tövsiyələr:

  • Heç vaxt və heç kimə PİN kodunuzu verməyin. Onu Sizdən nə kartı verən bank işçisi, nə də müstəntiq tələb edə bilməz;
  • PİN kodu heç vaxt kartın üzərinə yazmayın;
  • PİN kodu kartla birgə heç vaxt saxlamayın, onu əzbərləsəniz və ümumiyyətlə yazılı şəkildə saxlamasanız daha yaxşı olardı;
  • Kartı alan kimi onun əks tərəfində mütləq öz imzanızın nümunəsini qoyun;
  • Kartınızı heç vaxt digər şəxslərə verməyin. Ehtiyac olduğu zaman siz yaxınlarınızın hesabda olan vəsaitdən istifadə etməkləri üçün əlavə kart aça bilərsiniz;
  • Kartı nəzarətsiz saxlamayın, məsələn, maşında, restoranda masanın üstündə;
  • Kartı itirdiyiniz halda dərhal Azərikarda 984376 və 984386 nömrələrinə zəng edin. Kartı bağlamaq üçün Siz kod sözünü deməlisiniz;
  • Ayda bir dəfədən az olmayaraq kart hesabınızda vəsaitlərin dövriyyəsini yoxlayın

Bankomatda təhlükəsizlik texnikası:

  • Kənar şəxslərə daxil olunan PİN kodu görməyə imkan verməyin.
  • PİN kodu daxil edərkən səhvə yol verməyin. Üç uğursuz cəhddən sonra kartınız bağlanacaq;
  • Bankomatla iş görərkən ləngiməyin, pulları çıxardandan sonra kartı kartriddə qoymayın, çünki bu halda kartınız bankomat tərəfindən təhlükəsizlik məqsədləri üçün saxlanılacaq;
  • Bankomatda heç kimə etibar etməyin, əgər bu şəxs bankın təhlükəsizlik xidməti işçisinin və ya bankomata xidmət göstərən işçinin formasında olsa belə;
  • Bankomatın qarşısında pulları saymağa ehtiyac yoxdur. Maşın səhv etmir, əgər səhv edirsə də o, Sizə heç bir ağlabatan cavab verməyəcək. Lakin ətrafınızda olanlara pul kisəsi unudulmaz təəssürat göstərərək ən acı nəticələrə gətirib çıxara bilər.

Mağaza və restoranda kartla ödəniş üçün təhlükəsizlik texnikası:

  • İmprinter (POS terminalsız) vasitəsilə ödəniş zamanı heç vaxt üçdən artıq qəbzi imzalamayın. Qəbzə imza qoymaq sizin kart hesabınızdan göstərilən məbləğin çıxarılmasına razılıq deməkdir. İmzaladığınız üç qəbzdən biri təşkilatda qalır, biri bu təşkilat tərəfindən banka göndərilir və digəri də həyata keçirilmiş əməliyyatın təsdiqi kimi sizdə qalır;
  • Heç vaxt məbləği göstərilməyən qəbzi imzalamayın. Belə bir qəbzi imzalamaqla Siz hesabınızda olan vəsaiti çıxarmağa imkan verirsiniz;
  • Qəbzi imzalayaraq bütün boş yerlərdə xətt çəkin. Bununla Siz kassiri qəbzə artıq məbləğ yazmaq arzusundan, özünüzü isə hesabınızdan artıq məbləğin çıxarılmasından qurtaracaqsınız;
  • Qəbzin səhv yazıldığı zaman onun ləğv edilməsini tələb edin. Əgər yeni qəbzin yazılmasında səhvə yol verilmişdirsə və Sizə yeni qəbzin yazılmasını təklif edirlərsə, səhv olan qəbzin ləğv edilməsini xahiş etməkdən çəkinməyin. Əks halda hesabınızdan ikiqat məbləği çıxarda bilərlər.

İnternetdə kart vasitəsilə ödəniş üçün təhlükəsizlik texnikası:

  • Çalışın tanımadığınız saytlarda özünüz və kartınız haqqında heç bir məlumat yazmayasınız;
  • Saytın "ucuz" dizaynı, minimal məlumatı, saytın məzmununun fəaliyyətinə uyğun olmaması, işləməyən linklər və xidmətlərin olması, Sizi ehtiyatlı olmağa çağırır. Baxın ödəmək istədiyiniz təşkilat harada yerləşir. Əgər onun ünvanı yoxdursa ödəniş etmədən əvvəl düşünün.
  • Böyük məbləği olan kartlardan internet vasitəsilə ödənişlər üçün istifadə etməyin. Bu məqsəd üçün AGBank-ın Virtual Visa/ MasterCard-dan istifadə daha uyğundur.
  • Hesabınızdan vəsaitlərin qanunsuz çıxarılması aşkarlanarsa Banka müraciət edin. Müəyyən vaxt və şərtlərin olduğu zaman hesabınızdan vəsaitlərin qanunsuz çıxarılmasına dair mübahisə etmək imkanı yarana bilər.
ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal i-Map
© 2018
Site by