SMS-Info

AGBank müştərilərinə yeni SMS-İnfo xidmətini təqdim edir.

Bundan sonra AGBank müştəriləri həmin xidmətdən istifadə hüququ əldə etmək üçün "Azercell"ə və ya NAR Mobile-a müraciət etməyəcək, SİM kartlarını dəyişməli olmayacaqlar. "Azercell" və NAR Mobile nömrə sahiblərinə bankomatda PIN-kodu təsdiq etmək kifayətdir. Sistemə qoşulandan sonra abonentin nömrəsinə SMS göndəriləcək və xidmət avtomatik olaraq aktivləşəcəkdir.

"SMS-İnfo" xidmətini dayandırmaq üçün müştəri AGBank-ın istənilən şöbə və ya filialına müraciət edə bilər.

"SMS-İnfo" xidməti bütün müştərilərə hər gün 24 saat ərzində kart hesabı, son əməliyyatlar, hesabında olan vəsaitlərin yerdəyişməsi barədə informasiya almaq imkanı verir.

AGBank qarşısına bank xidmətlərinin çeşidini artırmaq məqsədi qoyub. Təsadüfi deyil ki, 2008-ci ildə o, Brand Award Azerbaijan tərəfindən müəyyən edilən "Bank sahəsində ilin ən yaxşı brendi" nominasiyasının qalibi oldu.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal i-Map
© 2018
Site by