Seyf qutuları

Məzuniyyətə ya da uzaq bir səfərə gedərkən, qiymətli əşyaların əmin əllərdə saxlanılmasını AGBank-a etibar edə bilərsiniz.
Seyflərin mühafizəsi ən son təhlükəsizlik və qorunma texnologiyalarına etibar edilib. Belə ki, seyf otağı xüsusi olaraq nəzərdə tutulmuş həyəcan siqnalları, hərəkət və titrəmə detektorları ilə mühafizə olunur. Bundan əlavə seyf otağının giriş qapısı yüksək qorunma kateqoriyasına aiddir və barmaq izinin oxunması funksiyası ilə təchiz edilib. Seyf qutuları qiymətli metallar, daş-qaşlar, valyuta, vacib sənədlərin istər əsli, istərsə elektron daşıyıcıda elektron versiyasını və digər əşyalarınızı mühafizə edə biləcəyiniz ən etibarlı yerdir. Hər bir qutunun iki açarı vardır. Hər iki açardan istifadə hüququ yalnız sahibinə məxsusdur.

Seyf özəyinin icarəyə verilməsi üzrə tariflər:

A kateqoriyalı seyflər (7.2*26*39)

aylıq 15 AZN

B kateqoriyalı seyflər (14.4*26*39)

aylıq 20 AZN

C kateqoriyalı seyflər (22*26*39)

aylıq 25 AZN

D kateqoriyalı seyflər (29.4*26*39)

aylıq 90 AZN

E kateqoriyalı seyflər (44.2*26*39)

aylıq 200 AZN

Açarın itirilməsi və ya zədələnməsinə görə cərimə 150 AZN.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2018
Site by