IAPA

  • Nüfuzlu əyləncə və ticarət məkanlarında güzəştlərdən yararlanmaq imkanı
  • Sığorta və servis üzrə nadir təklif sxemi
  • Səfərlər zamanı xüsusi baqaj xidməti
  • 90 gün ərzində kartı qaytarmaq və onun dəyərini geri almaq imkanı

International Airline Passengers Association (IAPA) beynəlxalq sərnişin aviaxəttləri assosiasiyası klub-diskont kartını təqdim edir. Assosiasiya təxminən 35 il əvvəl tez-tez səyahət edən sərnişinlərin hüquqlarının qorunması, təhlükəsizliyi və rahatlığı baxımından aviasiya sənayəsinin inkişafı üçün yaradılmışdır. IAPA iş adamları üçün yaradılmış diskont kartdır. Kart öz sahibinə bir sıra nüfuzlu əyləncə və ticarət məkanlarında güzəştlərdən yararlanmaq imkanını yaradır.

Dünyanın IAPA ilə işləyən 12000 məşhur mehmanxanasından ITT Sheraton, Leading hotels of the World, Hilton, Marriott, Golden Tulip kimi otellərin adlarını çəkmək olar. IAPA kartları ilə Hertz, Avis, National, Eurocar və ya Tilden kimi avtomobil icarə şirkətlərində 10000-dən çox avtomobil brendlərinin icarəsi zamanı standart və hətta xüsusi tariflər ilə belə 30 faizədək endirim əldə edə bilərsiniz. IAPA siyasi və işgüzar elita üçün nəzərdə tutulur, güzəşt və xidmətlərlə yanaşı sığorta və servis üzrə nadir sxem təqdim edir. Xüsusilə, IAPA güzəştləri üzrə "Səyahətlər xidməti" məlumat kitabçasından istifadə etdikdə mehmanxanada nömrə, avtomobil və aviabileti pulsuz sifariş etmək mümkündür (Free Hotel and Car Rental Reservations). Bu halda müəyyən qədər bonus yığılır və sonradan onu pulsuz uçuşla əvəz etmək olur. Azərbaycanda IAPA kartaları əsasən "assosiativ" üzvlər üçün geniş yayılmışdır. Assosiativ üzvlük çərçivəsində baqajın orijinal axtarılması sistemi mövcuddur (Bag-Guard). Bu sistem xaricdə beynəlxalq hava limanları zonasında itmiş baqajın xüsusi jetonlar və nişanlar vasitəsi ilə iki gün ərzində tapılması və sahibinə qaytarılmasına xidmət edir. Qeyd etmək lazımdır ki, baqajı xidmətdən öncə tapan IAPA tərəfindən pulla mükafatlandırılır.

Bu sistem kart sahiblərinin açarlarının (Key- Guard) və aviabiletlərinin (Ticket- Guard) təhlükəsizliyini də təmin edir. Tam hüquqlu IAPA üzvlərinə Priority Pass proqramı dünyanın 80 hava limanında birinci dərəcəli və biznes klass zallarının xidmətlərindən xeyli güzəştlə istifadə etmək imkanı təklif olunur. Bundan əlavə bütün aviaşirkətlərin mütəmadi reysləri ilə uçuş zamanı baş vermiş bədbəxt hadisələrə görə 500 min ABŞ dolları, çarter reysləri ilə uçuş zamanı baş vermiş bədbəxt hadisələrə görə 200 min ABŞ dolları və istənilən digər nəqliyyat vasitəsilə səfər zamanı baş vermiş bədbəxt hadisələrə görə 50 min ABŞ dolları məbləğində sığorta ala bilərlər. Tam hüquqlu IAPA üzvləri üçün həmçinin itirilmiş aviabiletlər bərpa olunur. Kredit kartı itirildiyi halda IAPA-dan teleks əsasında yaxınlıqda yerləşən bank tərəfindən 400 ABŞ dolları məbləğində ikihəftəlik faizsiz kredit təqdim edilir. Həmçinin ən azı iki beynəlxalq ödəmə sistemi kartına sahib olanlar IAPA-ya daxil olarkən CPP kredit kartlarının müdafiəsi proqramında pulsuz qeydiyyata alınırlar. Bu itirilmiş və ya oğurlanmış kartların vaxtında "qara siyahıya" salınmasını və sanksiyasız ilk 500 ABŞ dollarının sığorta olunmasını təmin edir.

IAPA üzrə bütün tiplərdən olan kartlar bir il fəaliyyət müddəti ilə məhdudlaşdırılır. Tam hüquqlu üzv xidmətlərindən istifadə edərək onlardan narazı qalarsa, 90 gün ərzində kartı qaytara və onun dəyərini geri ala bilər. Bu halda o yenidən IAPA üzvü olmaq hüququnu itirir. İllik ödəmədən başqa IAPA-ya daxil olarkən 200 ABŞ dolları məbləğində qeydiyyat haqqı ödənilməlidir. Kart bank vasitəsi ilə alındıqda bu ödənişə ehtiyac olmur. Əgər Siz işlə bağlı tez-tez uçan biznesmen deyilsinizsə, bu şirkətin kartı, aylıq xərclər zamanı 1000 ABŞ dollarından az olmamaq şərti ilə xaricdə müntəzəm istirahət vaxtı real qənaətə imkan yaradacaqdır.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by