Western union

  • Dünyanın istənilən nöqtəsinə pul göndərmək imkanı
  • Etibarlı
  • Sürətli
  • Sərfəli tariflər
  • 24 saat müştəri xidməti mərkəzi

Köçürməni necə göndərmək olar?

Western Union xidmət məntəqəsinə müraciət edərək müvafiq blankı doldurun. Şəxsiyyətinizi təsdiq edən sənədin əslini təqdim etdikdən sonra, köçürüləcək məbləği və onun həcminə əsasən təyin olunan komissiyanı operatora təqdim edin. Sizə təqdim olunan qəbzi və köçürmənin kontrol nömrəsini (MTCN) özünüzdə saxlayın və mütləq vəsaiti alan müştəriyə lazım olan bütün məlumatı verərək köçürmə haqqında xəbərdar edin. Bir çox ölkələrdə (həmçinin Rusiyada) köçürməni almaq üçün kontrol nömrəni təqdim etmək mütləqdir.

Köçürməni necə almaq olar?

Western Union xidmət məntəqəsində "Ödənişin alınması" formasını və ya müvafiq blankı doldurandan sonra şəxsiyyətinizi təsdiq edən sənədin əslini təqdim edin, vəsaiti alın.

Özünüzü dələduzluqdan qorumaq üçün aşağıdakıları nəzərə alın:

Köçürmənin kontrol nömrəsini və ya digər məxfi məlumatları yalnız köçürməni alan şəxs əldə edə bilər. Üçüncü şəxslər ilə bu kimi məlumatlar ilə bölüşmək məqsədə uyğun deyil.

  • Köçürməni həyata keçirərkən onu alanın uydurulmuş addan istifadə etmədiyindən əmin olun.
  • Sms və ya elektron poçt vasitəsi ilə göndərilən uduş haqqında məlumatlara etibar etməyin;
  • Əgər yaxın qohumunuz adından Sizə zəng edib kömək məqsədi ilə müəyyən vəsaitin köçürülməsi xahiş edilirsə, bu məlumatın həqiqətə uyğun olduğundan əmin olmağınız mütləqdir.

Əlavə məlumat üçün www.westernunion.com saytına və ya 24 saat fəaliyyət göstərən müştəri xidməti mərkəzinə (+7 (495) 797-2197) müraciət edə bilərsiniz

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal i-Map
© 2018
Site by