il sizinlə

Depozitlə təmin olunan kredit və kredit xətləri

  • Güvənli və rahat təminat
  • Kreditə görə komissiya xərci tutulmur
  • Müştəriyə uyğun tərtib olunan ödəniş cədvəli
  • Kredit üzrə Faktiki illik faiz dərəcəsi: depozitin faiz dərəcəsindən asılıdır

Depozitlə təmin olunan kreditlər AZN , ABŞ Dolları və Avro valyutada rəsmiləşdirilir. Depozit məbləğinin 50%-i ölçüsündə həmin valyutada kredit/kredit xətti məbləği təyin edilir. Eyni valyutada olmadığı halda,kredit/kredit xətti/plastik kart üzrə kredit xətti rəsmiləşdirilmir. Kredit və ya kredit xəttinin müddəti depozit müqaviləsinin bitmə tarixinədək rəsmiləşdirilir.

Depozitə əsasən kreditləşdirmə şərtləri:

· MC Gold, MC Standard, MC Platinum, “MC Signia” plastik kartlarının olduğu halda fiziki şəxslərin ABŞ dolları/AZN/Avro ilə depozitlər üzrə 10.000 ABŞ dolları/AZN/Avro məbləğinədək (bu məbləğ daxil olmaqla) depozitlər üzrə əmanət məbləğinin 50%-i ölçüsünədək və 10.000 ABŞ dolları/AZN/Avro məbləğindən artıq depozitlər üzrə əmanət məbləğinin 50%-i ölçüsünədək kart hesabında kredit xətti açıla bilər.

· ·Depozit məbləğinin 50%-i ölçüsündə həmin valyutada kredit məbləği təyin edilə bilər. Eyni valyutada olmadığı halda, kredit/kredit xətti/plastik kart üzrə kredit xətti rəsmiləşdirilmir..

Depozitlə təmin olunan kredit xətlərinin açılmasına və müddətinin uzadılmasına görə birdəfəlik komissiyanın tutulması qaydası aşağıdakı kimi müəyyən edilib: <=3 ay 0,13%; >3 <=6 ay 0,25%; >6 <=9 ay 0,38%; >9 <=12 ay 0,5%; >12 <=15 ay 0,63%; >15 <=18 ay 0,75%; >18 <=21 ay 0,88%; >21 ay 1,00%

Kredit faiz dərəcəsi mövcud olan depozitin illik faiz dərəcəsinə minimum 3 faiz əlavə edilərək, kreditin müddəti depozitin müddətinin bitmə tarixinədək müəyyənləşdirilir ( Məsələn: 10+3 = illik 13%lə ). Kredit xəttinin faiz dərəcəsi mövcud olan depozitin illik faiz dərəcəsinə minimum 5 faiz əlavə edilərək, kredit xəttinin müddəti depozitin müddətinin bitmə tarixinədək müəyyənləşdirilir ( Məsələn: 10+5= illik 15%lə). Depozitlə təmin olunan kredit və kredit xətləri üzrə komissiya tutulmur.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by