Ödənişlər

Bankda fəaliyyət göstərən S.W.I.F.T., AZIPS, XÖHKS, KÖMİS sistemləri həm ölkə daxilində, həm xaricdə də köçürmələri sürətlə və keyfiyyətlə həyata keçirmək imkanını verirlər.

SWIFT

Bankın fəaliyyətinin əsas istiqamətlərindən birini yeni ödəniş sistemlərinin inkişaf etdirilməsi və tətbiq edilməsi təşkil edir. 2000-ci ildən etibarən AGBank S.W.I.F.T. təşkilatının – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiyalar Cəmiyyətinin üzvüdür. S.W.I.F.T. maliyyə telekommunikasiyaları sahəsində aparıcı beynəlxalq təşkilatdır və hal-hazırda dünyanın 208 ölkəsindən 8,300 artıq maliyyə təşkilatını birləşdirir. SWIFT təklif etdiyi və reallaşdırdığı maliyyə məlumatının ötürülməsi konsepsiyası, formatı və qaydaları hal-hazırda ümumən qəbul edilmiş beynəlxalq standarta çevriliblər.

AZIPS

SWIFT şəbəkəsinin bazasında 50-dən çox milli ödəniş sistemi yaradılmışdır. Azərbaycan MDB məkanında ilk ölkədir ki, SWIFT əsasında öz milli ödəniş sistemini (AZİPS) yaratmışdır. SWIFT vahid standartlarının milli ödəniş sistemlərində tətbiq edilməsi hesablaşma və maliyyə risklərini minimuma endirmək, hesablaşmaların səmərəliliyini və təhlükəsizliyini artırmaq, bildirişlərin/məlumatların qiymətini azaltmaq imkanını verir. AGBank müştərilərin bank köçürmələrini SWIFT sistemi vasitəsilə xarici banklarda müxbir hesablardan istifadə etməklə bütün dünya üzrə həyata keçirir.

XÖHKS

2003-cü ildən etibarən AGBank, Azərbaycan Respublikası Milli Bankın dəstəyi ilə CMA Small Systems AB şirkəti qurduğu lokal klirinq sisteminin üzvüdür. Bu sistem kommunal, habelə kiçik və təcili olmayan ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulur.

KÖMİS

KÖMİS – Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi, Azərbaycan Respublikasının ərazisində əhali və hüquqi şəxslərə göstərilən kütləvi xidmətlər üzrə haqların ən müasir ödəniş mexanizmləri vasitəsi ilə toplanması məqsədilə yaradılmış informasiya sistemidir. Bu sistem vasitəsilə KÖMİS-ə qoşulmuş bütün kommunal xidməti müəssisələri üzrə ödənişləri həm nağd, həm də bankomatlarda və KÖMİS-in “İnternet Service” xidmətindən istifadə etməklə ödəniş kartları vasitəsilə həyata keçirmək mümkündür.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal i-Map
© 2018
Site by