Hesabların açılması

AGBank-ın fəaliyyətinin istiqamətlərindən biri rezident və qeyri-rezident bankları üçün LORO tipli müxbir hesablarının açılması və xidmət olunmasından ibarətdir.

Azərbaycan Respublikası Milli Bankının təlimatlarına uyğun olaraq rezident banklar bir-biri ilə xarici valyuta ilə müxbir hesablarına malik ola bilərlər. Rezident banklar manatla müxbir hesablarına yalnız Azərbaycan Respublikası Milli Bankının Əməliyyat idarəsində malik ola bilərlər.

Qeyri-rezident banklar üçün AGBank həm manatla və həm də xarici valyuta ilə müxbir hesablarının açılmasını təklif edir.

Rezident banklar üçün valyuta ilə müxbir hesablarının açılması üçün sənədlərin siyahısı

  • Nizamnamə
  • Dövlət Statistika Komitəsindən Şəhadətnamə
  • Ədliyyə Nazirliyindən Şəhadətnamə
  • Vergilər Nazirliyindən Şəhadətnamə – dublikat
  • Pensiya Fondundan Bildiriş – dublikat
  • Bank lisenziyası
  • Hesabın açılması üçün ərizə
  • İmza nümunələri
  • Azərbaycan Respublikası Milli Bankından direktorun və baş mühasibin (və nümunədə olanların hamısının) attestasiyadan keçmələri barədə məktub

Qeyri-rezident banklar üçün manatla və xarici valyuta ilə müxbir hesablarının açılması üçün sənədlərin siyahısı

  • Lisenziyanın surəti
  • Auditor yoxlaması aktının surəti
  • Hesabın açılması üçün ərizə
  • Son hesabat tarixinə olan balans
  • İmza nümunələri
  • Azərbaycan bankında hesab açmaq üçün səlahiyyətli orqanın icazəsi

*Bank lazım gəldikdə əlavə sənədlərin tələb edilməsi hüququnu özündə saxlayır.
*Müxbir hesabın açılması üçün komissiya tutulmur

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal i-Map
© 2018
Site by