Hesaba nağd pul qoyuluşu və hesabdan çıxarılışı

Fiziki şəxsin hesablaşma və ya kart hesabına vəsaitlər istənilən fiziki şəxs tərəfindən qoyula bilər. Hesablaşma hesabına yatırılan vəsaitlər dərhal hesabın sahibinin sərəncamında olur. Kart hesabına yatırılan vəsaitlər yatırılma tarixindən 19 saat sonra sahibin sərəncamına girir. Kart hesabından nağd vəsaitlər bankomatlardan və ya POS-terminallardan bankların kassalarında çıxarıla bilərlər. Kart hesablarından nağd vəsaitlərin çıxarılmasına görə komisyon haqqı barəsində məlumat tariflər bölməsində təqdim olunur.

Hesablaşma hesabından nağd vəsaitləri yalnız hesab sahibi və ya onun müvəkkil şəxsi çıxara bilər. Hesablaşma hesabından nağd vəsaitləri şəxsiyyət vəsiqəsini təqdim edərək bankın istənilən filialında və ya bölməsində çıxartmaq mümkündür. Vəsaitlər müştərinin hesablaşma hesabına bankın kassaları vasitəsilə əvvəl daxil edildiyi təqdirdə, nağd vəsaitlərin hesabdan çıxarılmasına görə komisyon haqqı tutulmur. Hesablaşma hesabına vəsaitlər bankdakı digər hesabdan və ya digər bankdan daxil olunduğu təqdirdə isə, nağd vəsaitlərin çıxarılmasına görə bankın tariflərinə əsasən komisyon haqqı tutulur.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal i-Map
© 2018
Site by