il sizinlə

Müsahibəyə dair tövsiyələr

Listing
Filter
  • İş təcrübənizdən misallar çəkin
  • Ünsiyyət qurma bacarığınızı nümayiş etdirin
  • Hər mövzuda işgüzar tərzə üstünlük verin
  • Səmimi, sərbəst və özünüzdə əminlik nümayiş etdirin
  • Bank və məhsulları haqqında məlumatlı olun

Müsahibə zamanı, iş prosesində bilik və təcrübənizdən istifadə bacarğınıza xüsusi önəm verilir. Müsahibə aparan mütəxəssislər iş təcrübənizdə rastlaşdığınız müəyyən problemlər, çətin vəziyyət və ya qarşınıza qoyulmuş vəzifələr haqqında və onların həllində atdığınız addımlar barədə konkret misal çəkərək danışmağınızı xahiş edə bilərlər. Sizin ünsiyyət qurma, müsahibinizə təsir etmə və qarşılıqlı işgüzar şəbəkəsini qurmaq kimi bacarıqlarınız dəyərləndiriləcəkdir.

Sizdən iki müsahibədə iştirak etmək xahiş olunduqda, onların birində vəzifənin texniki aspektlərinin namizədliyinizə uyğunluğu, digərində isə etik davranışlarınız və işgüzar tərzinizə önəm veriləcəkdir.

Müsahibə zamanı sərbəst olun və suallara səmimi cavab verin. Əgər sual aydın deyilsə, sadəcə sualın təkrar olunmasını xahiş edin. Cavab verməyə tələsməyin, fikrinizi daha aydın çatdırmaq üçün sizə kifayət qədər vaxt ayrılacaqdır, iş təcrübənizdən nümunələr göstərin.

Müsahibə həm də Sizə namizədliyinizi irəli sürdüyünüz vəzifə və onun aspektləri haqqında müsahibə aparan şəxsdən ətraflı məlumat almaq imkanı verir. Nəticədə seçdiyiniz vəzifənin sizə uyğun olub-olmamasını müəyyənləşdirə biləcəksiniz.

Sizin haqqında rəyi yalnız müsahibə alan deyil qıraqdan Sizi müşahidə edən digər şəxslər də verə bilər. Odur ki, ətrafdakılara qarşı davranışlarınızda diqqətli olun.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by