il sizinlə

AGBank-da işə qəbul və seçim prosesi

Listing
Filter
  • Müsahibəyə dəvət
  • 2 mərhələ
  • Dəyərləndirmə Mərkəzində iştirak

İşə qəbul və kadr seçimi, AGBank-ın İnsan Resursları departamentinin əsas funksiyalarından biridir.

Namizədliyiniz vəzifə tələblərinə uyğundursa, siz müsahibəyə dəvət olunacaqsınız. Adətən müsahibə prosesi hər biri 1 saat davam edən 2 mərhələdən ibarətdir. Hər iki mərhələdə, tutacağınız vəzifənin mövcud təmsilçiləri müsahibədə iştirak edə bilər. Funksional menecerlər bir qayda olaraq ikinci mərhələdə iştirak edir.

Vəzifədən və dərəcədən asılı olaraq, namizədlərdən AGBank-ın tətbiq etdiyi Dəyərləndirmə Mərkəzində iştirakı tələb oluna bilər. AGBank Dəyərləndirmə Mərkəzi aşağıda qeyd olunan elementlərin biri, bir neçəsi, və ya hamısından ibarət ola bilər:

  • Yazılı tapşırıq,
  • Qrup şəklində müzakirə,
  • Faktların axtarışı,
  • Təqdimat,
  • Rol oyunları,
  • Məsələlərin həlli

Yuxarıda qeyd olunan elementlərin reallaşması üçün bir bütöv iş gününə qədər vaxt tələb edə bilər.

Seçim prosesi tamamlandıqda, prosesi uğurla keçdiyiniz halda, sizə vəzifələriniz, tabeçilik strukturu, həmçinin əmək haqqı və güzəştlərə aid faydalı məlumatı özündə cəmləşdirən iş müqaviləsi təqdim olunur. Siz öz növbənizdə işəgötürənə vəzifənizi icra edəcəyiniz tarixi söyləyirsiniz və müqavilə ilə razı olduğunuzunuz imzanızla təsdiqləyirsiniz.

AGBank-a işlə bağlı müraciətiniz uğursuz olduqda, siz bu qərar haqqında e-poçt və ya telefon vasitəsilə məlumatlandırılacaqsınız.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by