il sizinlə

Ümumi qeydlər

Sıralama
Kalkulyator

1. Fiziki və hüquqi şəxslər üzrə depozit müqaviləsi rəsmiləşdirilərkən bitmə tarixi qeyri-iş günlərinə düşərsə, depozit müqaviləsinin müddəti sonuncu iş gününədək müəyyənləşdirilməlidir. Fiziki şəxslər üzrə depozit müqaviləsinin bitmə tarixi qeyri-iş günlərinə düşmədiyi halda depozitin müddətinə 1 (bir) gün əlavə olunur.

2. 02.03.2015-ci il tarixinədək rəsmiləşdirilən əmanətlər üzrə fiziki şəxslər üzrə əlavə əmanətin maksimum həçmi 5.000 ABŞ dolları, 5.000 AZN-dir. 02.03.2015-ci il tarixindən fiziki şəxslər üzrə Müddətli AZN və ABŞ dolları ilə rəsmiləşdirilən əmanətlər, “SABİT MƏZƏNNƏ ƏMANƏTI” və "İlin 5-ci fəsli" əmanət növü üzrə əlavə vəsait qoyuluşu yoxdur. Müddətli Avro ilə fiziki şəxslər üzrə əlavə əmanətin maksimum həçmi 4.000 Avrodur. “YIĞIM ƏMANƏTI” müddətli əmanət növü üzrə əlavə vəsait qoyuluşu: 20.000 (iyirmi min) AZN məbləğinədək depozitlər üzrə əlavə vəsait qoyuluşu 10.000 (on min) AZN məbləğinədək, 20.000 (iyirmi min) AZN məbləğindən artıq depozitlər üzrə əlavə vəsait qoyuluşu ilkin qoyulan depozit məbləğinin 50%-i ölsüsünədək.“YÜKSƏK GƏLIR” müddətli əmanət növü üzrə əlavə vəsait qoyuluşu: müddətin ilk yarısınadək imkan verilir: 20.000 (iyirmi min) AZN məbləğinədək depozitlər üzrə əlavə vəsait qoyuluşu 10.000 (on min) AZN məbləğinədək, 20.000 (iyirmi min) AZN məbləğindən artıq depozitlər üzrə əlavə vəsait qoyuluşu ilkin qoyulan depozit məbləğinin 50%-i ölsüsünədək. “ZƏNGİN GƏLƏCƏK” müddətli əmanət növü üzrə əlavə əmanət qoyuluşuna məhdudiyyət yoxdur. “SIĞORTALI” əmanət növü üzrə əlavə vəsait qoyuluşu: AZN ilə 12 aylıq əmanətlərdə ilk 6 ayadək ilkin qoyulan depozit məbləğinin 50%, 24 aylıq əmanətlərdə ilk 18 ay ərzində ilkin qoyulan depozit məbləğinin 50% həcmində; ABŞ dolları ilə 12 aylıq əmanətlərdə ilk 9 ay ərzində ilkin qoyulan depozit məbləğinin 100%, 24 aylıq əmanətlərdə ilk 18 ay ərzində ilkin qoyulan depozit məbləğinin 100% həcmində.“SƏRFƏLI ƏMANƏT” üzrə müddətin ilk yarısınadək minimum artırılma məbləği 100 AZN/USD/EUR, maksimum məbləğ – məhdudiyyət yoxdur, müddətin ilk yarısından artıq əmanəti artırmaq imkanı verilmir.

3. Depozit üzrə hesablanan faizlər depozit hesabına yönəldilərkən, həmin vəsaitin əlavə vəsait qoyuluşu kimi hesab olunmur.

4. Pul vəsaiti vaxtından əvvəl çıxarıldığı zaman depozitin faizləri üzrə yenidən hesablamalar aparılır. Qeyri-standart, AZN və ABŞ dolları ilə “MÜDDƏTLI” əmanətlər üzrə pul vəsaiti vaxtından əvvəl çıxarıldığı zaman depozitin faizləri üzrə yenidən hesablamalar (depozit muqaviləsində nəzərdə tutulan faiz dərəcəsindən artıq olmamaq şərti ilə) aşağıdakı kimi aparılır:

Əmanətin müddəti

Yenidən hesablaşma faiz dərəcəsi

AZN

ABŞ dolları

12 ayadək

0

0

12 ay və artıq

illik 6%

illik 1%

ZƏNGIN GƏLƏCƏK”, ”SIĞORTALI”, “YÜKSƏK GƏLIR” əmanət növü üzrə pul vəsaiti vaxtından əvvəl çıxarıldığı zaman yenidən hesablaşma qaydası məhsulun şərtlərinə əsasən aparılır. "MÜDDƏTLİ AVRO", “SABIT MƏZƏNNƏ ƏMANƏTI”, “SƏRFƏLI ƏMANƏT”, “ ILIN 5-ci FƏSLI”, “YIĞIM ƏMANƏTI” üzrə pul vəsaiti vaxtından əvvəl çıxarıldığı zaman depozitin faizləri üzrə yenidən hesablamalar aparılır və faiz ödənilmir.

5. Əmanətlər üzrə pul vəsaitinin bir hissəsinin vaxtından əvvəl çıxarıldığı zaman depozit müqaviləsinə xitam verilir və müştərinin istəyi ilə depozitin qalıq məbləği üzrə yeni müqavilə bağlanılır.

6a. Depozitə əsasən pulsuz verilən kartın növü depozitin məbləğindən asılıdır.Əmanətin müddəti 12 aydan az olmamaq şərti ilə pulsuz olaraq aşağıdakı kartlar, əmanətin müddəti 3 aydan az olmamaq şərti ilə pulsuz AGClub endirim kartı rəsmiləşdirilir:

Depozitin məbləği

Kartın növü

10.000 USD/AZN-dək

MC Virtual / Visa Virtual/ Maestro /İSİC Maestro/ ITIC Maestro/ Visa Elektron və AGClub endirim kartı

10.000 USD/AZN və artıq

MC Virtual / Visa Virtual/ Maestro /İSİC Maestro / ITIC Maestro/Visa Elektron/ MC Standard /VİSA Classic və AGClub endirim kartı

20 000 USD/AZN və artıq

MC Virtual / Visa Virtual/ Maestro / İSİC Maestro / ITIC Maestro/Visa Elektron/ MC Standard/ VİSA Classic /MasterCard Gold /VİSA Gold və AGClub endirim kartı

5 000 AVRO və artıq

MC Standard Euro/ Visa Classic Euro və AGClub endirim kartı

50 000 USD/AZN və artıq

MC Virtual / Visa Virtual/ Maestro / İSİC Maestro / ITIC Maestro/Visa Elektron/ MC Standard/ VİSA Classic/ MasterCard Gold/ VİSA Gold/MC Platinum/ Visa Platinum, Priority Pass və AGClub endirim kartı

100 000 USD/AZN və artıq

MC Virtual / Visa Virtual/ Maestro / İSİC Maestro / ITIC Maestro/Visa Elektron/ MC Standard/ VİSA Classic/ MasterCard Gold/ VİSA Gold/MC Platinum/ Visa Platinum, Priority Pass./AG Club Premium komplektinin qiyməti 50% endirimlə və AGClub endirim kartı

500 000 USD/AZN və artıq

MC Virtual / Visa Virtual/ Maestro / İSİC Maestro / ITIC Maestro/Visa Elektron/ MC Standard/ VİSA Classic/ MasterCard Gold/ VİSA Gold/MC Platinum/ Visa Platinum, Priority Pass./AG Club Premium və AGClub endirim kartı

SƏRFƏLİ ƏMANƏT” üzrə əmanətin ilkin məbləği 50.000 AZN/USD/EUR və artıq - SMS bankinq xidmətinə qoşulma pulsuz rəsmiləşdirilir. “ILIN 5-ci FƏSLI” əmanəti üzrə SMS bankinq xidmətinə qoşulma pulsuz rəsmiləşdirilir.

6b. 03.08.2015-ci il tarixindən rəsmiləşdirilən depozit müqavilələri üzrə faizlər aylıq ödənildiyi halda əmanətin müddəti 12 aydan az olmamaq şərti ilə faizlərin ödənişi üçün pulsuz Maestro (Deposit) kartı rəsmiləşdirilir. Maestro (Deposit) kartı ilə depozit üzrə ödənilmiş faizlər kart hesabından çıxarıldıqda komissiya tutulmur. Müştərinin istəyi ilə faizlərin ödənişi üçün Maestro (Deposit) kartı və ya depozitin məbləğinə uyğun müəyyənləşdirilmiş digər plastik kart verilsin. Depozit üzrə ödənilmiş faizlər depozitin məbləğinə uyğun müəyyənləşdirilmiş (Maestro (Deposit) kartı olmayan) digər plastik kart hesabından çıxarıldıqda komissiya tutulur. Maestro (Deposit) kartının hesabına depozit üzrə hesablanmış faizlərdən başqa digər vəsaitin mədaxil edilməsi və kredit xəttinin açılması imkanı mövcud deyil.

7. Depozitə əsasən kreditləşdirmə şərtləri:

  • Əmanətin məbləğinin 50%-i ölçüsündə kredit/kredit xətti/plastik kart üzrə kredit xəttinin limiti təyin edilə bilər.
  • "Sabit Məzənnə əmanəti" üzrə kreditləşmə verilmir

8. Əmanətçi depoziti müqavilədə təyin edilmiş müddətdən əvvəl çıxararsa, Əmanətçiyə Bank tərəfindən pulsuz təqdim edilmiş plastik kartın tam dəyəri əmanətin vaxtından əvvəl çıxarıldığı ğünə bankda qüvvədə olan tariflərə uyğun tutulur. Əmanətçi depoziti müqavilədə təyin edilmiş müddətdən əvvəl çıxararsa MC Platinum və ya Visa Platinum kartları üzrə 100 AZN məbləğində vəsait tutulur. 500.000 AZN və artıq məbləğdə və bu məbləğin ekvivalentində digər valyuta ilə depozitlər vaxtından əvvəl çıxarıldığı zaman AG Club Premium komplekti üzrə 500 AZN məbləğində vəsait tutulur. 100.000 AZN-dən 500.000 AZN-dək və bu məbləğin ekvivalentində digər valyuta ilə depozitlər vaxtından əvvəl çıxarıldığı zaman AG Club Premium komplekti üzrə vəsait tutulmur.

9. Plastik kartlar üzrə depozitlə təmin olunan kredit xətti açılarkən, kredit xəttinin 110%-i olçüsündən az olmamaq şərti ilə əmanət hesabda bloklaşdırılır.

10. Depozit müqavilələrin uzadılma qaydası:

  • Bir il müddətinədək (bir il daxil deyil) rəsmiləşdirilən depozit müqavilələrinin uzadılma qaydası: Əgər Tərəflərin biri bu Müqavilə üzrə təqdim olunmuş depozitin müddətinin bitməsinə ən azı bir ay qalmış onun qaytarılması və/və ya çıxarılması haqqında digər Tərəfə məlumat verməzsə, həmçinin bu Müqavilənin 1.1. bəndində nəzərdə tutulmuş depozitin müddəti bitdiyi tarixdə onun uzadılması və ya depozitin çıxarılması haqqında Banka bildirməzsə, bu Müqaviləyə xitam verilir və Əmanətçi depozitin məbləğini və ona hesablanmış faizlərini öz carı hesabından götürə bilər.
  • Bir il və artıq müddətə rəsmiləşdirilən depozit müqavilələrinin uzadılma qaydası: Əgər Təfərlərin biri bu Müqavilə üzrə təqdim olunmuş depozitin müddətinin bitməsinə ən azı bir ay qalmış onun qaytarılması və/və ya çıxarılması haqqında digər Tərəfə məlumat verməzsə, bu Müqavilə Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondu tərəfindən müvafiq valyutada sığortalanan əmanətlərə tətbiq edilən faiz dərəcəsi ilə (depozit müqaviləsində nəzərdə tutulan faiz dərəcəsindən artıq olmamaq şərti ilə) bir il müddətinə bir dəfə uzadılmış hesab edilir (hesablanmış faizlər əmanətin məbləğinə əlavə olunmadan).”

“YIĞIM ƏMANƏTI” üzrə əmanətin müddəti illik 6%-lə faizlər müddətin sonunda ödənilərək (kapitalizasiya olunmadan) bir il müddətinə bir dəfə uzadılmış hesab edilir.

SIĞORTALI” əmanət növü üzrə 6 aya bağlanmış müqavilələrin müddətinin uzadılmasına imkan verilmir. SIĞORTALI əmanət növü üzrə depozit müqavilələrinin müddəti AZN- faizlər aylıq ödənilərsə illik 11%, faizlər müddətin sonunda ödənilərsə illik 12%, ABŞ dolları- faizlər aylıq ödənilərsə illik 3% olmaqla bir il müddətinə bir dəfə uzadılmış hesab edilir (depozit müqaviləsində nəzərdə tutulan faiz dərəcəsindən artıq olmamaq şərti ilə).

"MÜDDƏTLİ AVRO", “ZƏNGİN GƏLƏCƏK” , “SABİT MƏZƏNNƏ ƏMANƏTİ” , “SƏRFƏLİ ƏMANƏT”, "İLİN 5-ci FƏSLİ" və “YÜKSƏK GƏLIR "əmanət növü üzrə müddətin uzadılması imkanı verilmir.

11. 01.03.2016-cı il tarixindən etibarən cəlb edildiyi günə xarici valyutada 3%-dən, 16.09.2016 il tarixindən etibarən milli valyutada 15% - dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.

01.03.2016-cı il tarixindən etibarən Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddindən çox olmamaq şərtilə kompensasiya ödəyir.

12. 01.02.2016-cı il tarixindən etibarən 3 il müddətinə yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad edilir.

“UŞAQLAR ÜÇÜN MƏQSƏDLİ” müddətli depozit məhsuluna dair mövcud olan müqavilələr üzrə pul vəsaitinin (müddətdən asılı olmayaraq) vaxtından əvvəl çıxarıldığı zaman yenidən hesablaşma qaydası “ZƏNGIN GƏLƏCƏK” müddətli depozit məhsulunun şərtlərinə uyğun həyata keçirilir, pul vəsaiti 12 ay tamam olmadan vaxtından əvvəl çıxarıldığı zaman faiz ödənilmir.

* "Sabit məzənnə əmanəti", "Yığım əmanəti" və fiziki şəxslər üzrə AZN və ABŞ dolları ilə “MÜDDƏTLI”, "Yüksək gəlir" əmanətlər üzrə yeni müqavilələrin bağlanılması dayandırılmış və əmanətlərin şərtləri qüvvədə olan müqavilələrə şamil edilir.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by