Siz səyahət edin Həzz Kart ödəniş etsin!

AGBank, taksit kart məhsulu olan “Həzz Kart” istifadəçiləri üçün yeni aksiyaya başlayır.

AGBank və “Casablanca Travel” tur agentliyinin birgə təşkil etdiyi bu aksiya taksit ilə Avropa üzrə səyahət etmək fürsətini təklif edir. Siz sadəcə gəzmək istədiyiniz Avropa ölkəsini seçin ödənişi isə “Həzz Kart” ilə 3 və ya 6 aya qədər hissə-hissə həyata keçirin. Qeyd edək ki, 2016-cı ilin mart ayına qədər davam edəcək aksiyanın şərtlərinə görə ödəniş üzrə heç bir faiz tətbiq olunmayacaq.

“Casablanca Travel” tur agentliyində 679 EUR/784 AZN-dən başlayan turlara aviabilet, hava limanı-otel-hava limanı transferləri, oteldə gecələmək, səhər yeməyi, şəhərlər arası nəqliyyat xidməti, hər şəhərdə panoramlı şəhər turları, bütün tur boyu bələdçi xidməti, səyahət sığortası və viza dəstəyi daxildir (visa rüsumu daxil deyil).

“Casablanca Travel”-in internet səhifəsində (www.casablanca.az) turlar haqqında daha ətraflı məlumat ala bilərsiniz.

“Həzz Kart” ilə səyahətdən həzz alın!

“Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.

«Həzz Kart»-ın tərəfdaşlar siyahısı ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiniz: https://hezzkart.agbank.az/

Onu da qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.

Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi müştərilərin ixtiyarındadır.

AGBank

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by