il sizinlə

Bayram günlərini “Həzz Kart” ilə qeyd edin!

Qarşıdan gələn bayram günlərinə bir qədər də rəng qatmaq arzusu ilə AGBank bütün “Həzz Kart” istifadəçiləri üçün yeni kampaniya elan edir.

Belə ki, may ayının 9-dan 11-dək “Həzz Kart” taksit kartı ilə 150 manatadək nağdlaşdırma əməliyyatlarını da həyata keçirmək mümkün olacaq. Bu isə o deməkdir ki, 3 günlük kampaniya çərçivəsində “Həzz Kart”-dan yalnız alış-veriş zamanı deyil, nağd pul ehtiyacınızı ödəmək üçün də istifadə edə biləcəksiniz.
3 aylıq opsiyaya uyğun olaraq nağlaşdırmanın komissiya haqqı 5% təşkil edir.
Bundan əlavə “Həzz Kart” ilə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən “Uduşlu kupon” qazanmaq şansınız da var. Belə ki, AGBank – ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Azərbaycanda istənilən bankın plastik kart istifadəçisi AGBank-a məxsus olan bankomatlardan (ATM) manatla nağd pul çıxararkən, çıxarılan pul əskinaslarının arasında “Uduşlu kupon”-u əldə edə bilər. Bu səbəbdəndir ki, digər bank istifadəçiləri də, nağd pul çıxararkən AGBank –ın bankomatlarına üstünlük verirlər.
________________________________________________________________________________________
“Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.

Onu da qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.


AGBank

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by