il sizinlə

“PAŞA Həyat Sığorta” şirkəti “Ailəmin PAŞA Güvənliyi” adlı fərdi həyat sığortası məhsulunun satışı istiqamətində ölkənin ən tanınmış banklarından biri olan “AGBank” la əməkdaşlığa başlayıb.

Qeyd edək ki, “Ailəmin PAŞA Güvənliyi” sığorta məhsulunu əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir. “Ailəmin PAŞA Güvənliyi” məhsulu üzrə təminat 60.000 AZN və 30.000 USD-yə qədər olduqda sığorta olunan şəxsdən tibbi müayindən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500.000 AZN və ya 250.000 USD həcmində müəyyənləşib.

Artıq bu gündən etibarən istənilən şəxs “AGBank”ın Bakı şəhəri və regionlarda yerləşən istənilən filialından “Ailəmin PAŞA Güvənliyi” adlı məhsulu əldə edə biləcək.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by