il sizinlə

“AGBank Forex”- ilə “Ən yaxşı Treyder” adını qazanın!

Foreks iştirakçılarının lazımı anda qərar qəbul etmək bacarıqları 3 şanslıya real hesab və “Ən yaxşı Treyder” adını qazandıracaq. Bu həyəcanlı fürsəti foreks iştirakçılarına AGBank təqdim edir. Belə ki, “AGBank Forex” yaxşıların içindən 3 yaxşını seçmək üçün “Ən yaxşı Treyder” müsabiqəsinə başlayır. 17 avqust – 30 sentyabr tarixləri arasında davam edəcək müsabiqənin şərtlərinə görə müsabiqədə iştirak etmək üçün müraciət etmiş oyunçulara 1000 ABŞ dolları məbləğində hesab veriləcək. Göstərilən zaman çərçivəsində ticarət edərək balansını ən çox artıran 3 treyder 10 000, 5000 və 2500 ABŞ dolları məbləğində hesab qazanacaqdır. Beləliklə, 3 ən bacarıqlı treyder təyin olunacaq.

Məbləği nağdlaşdırmaq istəyən qaliblər 31 dekabra qədər 10 000 ABŞ dollarına görə ən az 500 lot, 5000 ABŞ dollarına görə 250 lot və 2500 ABŞ dollarına görə 125 lot toplamalıdırlar.

Müsabiqənin vacib şərtləri aşağıdakılardır:

  • Müsabiqədə yaşı 18 yaşından aşağı olan şəxslər iştirak edə bilməz
  • Müsabiqədə bir şəxs sadəcə bir dəfə iştirak edə bilər
  • Müsabiqədə verilən mükafat transfer edilə bilməz
  • Müsabiqədə iştirak üçün “AGBank Forex” tərəfindən təqdim olunan 1000 ABŞ dolları məbləğində hesabdan pul çəkilə və ya hesaba pul əlavə edilə bilməz.

Qeyd edək ki, müsabiqə çərçivəsində hesabındakı məbləğ ən çox olan ilk 10 iştirakçının adı “Bakı Forex Center” saytında və “AGBank Forex” facebook səhifəsində yayımlanacaq.

Foreks bazarında ticarət həftənin 5 günü 24 saat ərzində aparılır. AGBank-la Foreks əməliyyatlarında iştirak edib bonuslar toplayaraq ən son model telefon, kompüter, lüks avtomobil kimi hədiyyələr əldə etmək fürsətini də qazanırsınız.

Bundan əlavə, ticarətə yeni başlayanlar üçün bu sahədə, bankın mütəxəssisləri tərəfindən ödənişsiz tədris kursları da təşkil olunur.

Onu qeyd edək ki, əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.

Zəngin olmaq – haqqınızdır!

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by