AGBank-dan Visa Kart sahiblərinə şad xəbər.

2016-cı ilin iyunun 22-dən avqustun 21 tarixinə qədər AGBank Visa kart sahiblərini “2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın!”, stimullaşdırıcı lotereyada iştirak etməyə dəvət edir.

Lotereyaya qoşulmaq isə çox sadədir. Visa ödəniş kartları ilə Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində və ya xidmətlərin ödənilməsi, istənilən məbləğdə nağdsız əməliyyat aparmaqla siz lotereyanın iştirakçısına çevrilirsiniz. Stimullaşdırıcı lotereyada iştirak etməklə siz, Panasonic Smart TV və ya Samsung Galaxy Smartphone hədiyyələrindən birini də udmaq imkanı qazanacaqsınız.

Lotereyanın şərtləri haqqında www.visa.com.az saytından daha ətraflı tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, 1992-ci ildə fəaliyyətə başlayan AGBank “VISA International” beynəlxalq ödəmə sisteminin mühüm üzvüdür. Bank müştərilərinə Visa Infinite,Visa Platinum,Visa Electron,Visa Virtual,Visa Gold,Visa Classic,Visa Gift kartlarını təqdim edir. Visa - kart sahiblərini, ticari-xidmət müəssisələrini, maliyyə və hökumət təşkilatlarını dünyanın 200-dən çox ölkəsində sürətli, təhlükəsiz və etibarlı elektron ödəmə şəbəkəsi ilə təmin edən qlobal ödəniş sistemidir.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by