il sizinlə

“4 şanslı!” kampaniyasının müddəti uzadıldı

Aksiyaya yaranan böyük marağı və treyderlərin Foreks bazarında ticarət edərək hədiyyələr qazanmaq arzusunu nəzərə alaraq AGBank “4 şanslı!” kampaniyasının müddətini 31 may 2015-ci il tarixinədək uzatdı.

Xatırladaq ki, bu kampaniya Foreks bazarında ticarətə yeni başlayanlara maliyyə bazarı ilə tanış olmaq fürsətini verir və qısa müddət ərzində gəlir qazanmaq imkanını yaradır.
Kampaniyanın şərtlərinə görə həftə içi hər gün radio “Antenn”-nin (101 FM) səhər efirində (08:00 – 09:00) və radio “ANS”-in (102 FM) axşam efirində (18:00-19:00) aparıcının verdiyi suala düzgün cavab verən ilk 4 nəfərin hər biri 400 manat qazanacaq. Foreks bazarında əməliyyatlar edərək 1 ay ərzində 15 lot toplayan oyunçular bu məbləği nağdılaşdıra biləcəklər.

Qeyd edək ki, Foreks bazarında ticarət həftənin 5 günü 24 saat ərzində aparılır. AGBank-la Foreks əməliyyatlarında iştirak edib bonuslar toplayaraq ən son model telefon, kompüter, lüks avtomobil kimi hədiyyələr əldə etmək fürsətini də qazanırsınız.
Bundan əlavə, ticarətə yeni başlayanlar üçün bu sahədə, bankın mütəxəssisləri tərəfindən tədris kursları da təşkil olunur.
Onu qeyd edək ki, əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.

Zəngin olmaq – haqqınızdır!

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by