il sizinlə

İstehlakçılarının müraciətlərinin baxılmasına dair qaydalar

İstehlakçılarının müraciətlərinin baxılmasına dair qaydalar

1. İstehlakçıların müraciət formaları:

1.1.Şifahi müraciət:

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədlə banka yaxınlaşaraq öz təklif və ya şikayətini şifahi qaydada İstehlakçılarla İş Şöbəsinin əməkdaşına bildirə bilər.

Eyni zamanda bankın zəng mərkəzinin (135) qısa nömrəsinə zəng edərək, istehlakçıların təklif və şikayət bölümünü seçərək, məsul şəxsə özünü təqdim edərək, təklif və ya şikayətini şifahi qaydada bildirə bilər.

1.2.Yazılı müraciət.

  • İstehlakçı yazılı müraciəti aşağıda qeyd edilən üsullarla banka təqdim edə bilər:
  • AGBank ASC - nin (AZ1022, Bakı şəh., C. Məmmədquluzadə küç. 102 A) poçt ünvanına.
  • Faks vasitəsilə ((+994) 12 498 96 15) faks nömrəsinə.
  • E-mail vasitəsi ilə (info@agbank.az) elektron poçt ünvanına.
  • www.agbank.az internet səhifəsində müraciətlər bölməsinə.

2. Müraciətçi barədə məlumatlar:

İstehlakçı müraciət edən zaman özü barədə aşağıdakı məlumatları təqdim etməlidir:

• Fiziki şəxslər üçün - müraciətçinin adı, soyadı, atasının adı; hüquqi şəxslər üçün - adı.

• Müraciətçinin əlaqə məlumatları (ünvan, telefon nömrəsi, e-poçt və s.).

3. Müraciətlərə baxılması müddətləri:

• İstehlakçıların müraciətləri 10 iş günü ərzində cavablandırılmalıdır.

• İstehlakçıların müraciətləri əlavə araşdırma tələb edirsə müraciətlərin cavablandırılması 20 iş gününədək uzadıla bilər. Bu zaman, istehlakçıya araşdırmanın gecikmə səbəbləri, atılacaq növbəti addımlar və cavabın hazır olacağı son tarix aydın şəkildə izah olunmalıdır.

• İstehlakçıların müraciətləri ilə bağlı Mərkəzi Bankın sorğuları 5 iş günü ərzində araşdırılmalı və Mərkəzi Banka cavab göndərilməlidir. Mərkəzi Bank müraciətlərin daha qısa müddətdə cavablandınlmasını tələb edə bilər.

• İstehlakçılar müraciətləri ilə bağlı bankın cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsədilə banka təkrar müraciət etdikdə müraciət 10 iş günü ərzində məsul şəxs tərəfindən cavablandırılmalıdır.

• İstehlakçı təşkilatın cavabı ilə razılaşmadıqda Azərbaycan Respublikası Mərkəzi Bankına (AZ1014, Bakı şəh., R.Behbudov küç. 32, Tel.: (+994 12) 493 11 22, Faks: (+994 12) 493 55 41

elektron poçt: mail@cbar.az və məhkəmə orqanlarına müraciət edə bilər.

  1. Altı aylıq icmal hesabat
  2. Doqquz aylıq icmal hesabat
  3. Müraciətlərin reyestr məlumatlarının 6 aylıq icmalı
  4. 2015-ci il üçün icmal hesabat
  5. Müraciətlərin reyestr məlumatlarının ikinci yarım illik icmalı
  6. 2016-cı ilin birinci rübü üzrə istehlakçı müraciətlərinin icmalı
  7. 2016-cı ilin birinci yarımili üzrə istehlakçı müraciətlərinin icmalı
  8. 2016-cı ilin doqquz ayı üzrə daxil olan istehlakçı şikayət və müraciətlərinin reyestr məlumatlarının icmalını
  9. 2016-cı il üzrə yekun icmal
  10. 2017-cı ilin birinci rübü üzrə daxil olan istehlakçı şikayət və müraciətlərinin reyestr məlumatlarının icmalı
  11. 2017-cı ilin ikinci rübü üzrə daxil olmuş istehlakçı şikayət və müraciətlərinin reyestr məlumatlarının icmalı
  12. 2017-cı ilin üçüncü rübü üzrə daxil olmuş istehlakçı şikayət və müraciətlərinin reyestr məlumatlarının icmalı

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by