İnkişaf tarixi

İnkişaf tarixi

  • Geniş xidmət şəbəkəsi
  • Xarici və daxili əməkdaşlıq prinsipləri

Ətraflı

1992-ci ildə təsis olunan “AGBank” ASC –nin səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment” LTD Amerika Sərmayə Fondu.

Xidmət

Bankın apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirilməsidir. Bundan əlavə bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.

Bankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasının və hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir.

Əhalinin AGBank-a qoyulmuş depozitləri, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır.

Əməkdaşlıq

AGBank beynəlxalq və xarici maliyyə təsisatları ilə də əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri müxtəlif sahibkarlığa kreditlər proqramlarının və ticarət maliyyələşməsinin həyata keçirilməsidir. Ümumilikdə, bu proqramlar üzrə AGBank üçün 150 milyon ABŞ dollarından artıq məbləğdə kredit xətləri açılmışdır.

Tərəfdaşlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq İnkişaf naminə OPEK Fondu (BİF OPEK), Rayfayzen Bank, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Kommertsbank AG, Alman-Azərbaycan Fondu (AAF), LBBW, UniKredit kimi maliyyə təsisatlarını qeyd etmək olar. Xarici auditor KPMG şirkətidir.

Bank ölkədə fəal lizinq fəaliyyəti göstərən “AGLeasing” QSC Lizinq Şirkətinin təsisçisidir. Lizinq portfelinin həcminə görə, “AGLeasing” QSC Azərbaycanın aparıcı lizinq şirkətlərindən biridir. “AGLeasing” QSC fəaliyyətin növü : Daşınar və daşınmaz əmlakın maliyyə lizinqi.

Sahibkarlıq və ipoteka kreditləri dövlət proqramlarında fəal iştirak edərək, AGBank Milli Sahibkarlığa Yardım Fondu və Azərbaycanın İpoteka Fondu ilə əməkdaşlıq edir.

AGBank “MasterCard International” və “VISA International” beynəlxalq ödəmə sistemlərin mühüm üzvüdür. O, həmçinin Western Union, Contact, Blizko, Lider, UPT, İBA-EXPRESS kimi təcili pul köçürmələri sisteminə qoşulub. Eyni zamanda, Bank SWIFT ödəmə sisteminin iştirakçısıdır.

Bankın uğurlu işinin göstəricisi onun maliyyə rəqəmlərinin dinamik surətdə artmasıdır. 2014-cü il iyulun 31-nə olan məlumata əsasən, bankın məcmu kapitalı 51 mln manata, ümumi aktivləri isə, 490 mln manata çatmışdır.

“AGBank” ASC tərəfindən nominal dəyəri 2 manat olan 51 100 000 ədəd adi adlı səhm buraxılmışdır. Səhmlərin dövlət qeydiyyat nömrəsi AZ1001000970. Buraxılmış səhmlərin nominalla ümumi dəyəri 102 200 000 manat təşkil edir.

Beləliklə, Azərbaycanın aparıcı banklarından biri olaraq, AGBank ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirir.

ALO, AGBANK...
Zəng sifarişi
Like
us on
Əlavələr
ADIF E-Gov Portal
© 2017
Site by